Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

428 syf.
10/10 puan verdi
·
5 günde okudu
Vulf Dornun mükəmməllərindən
Bu yazara aşiqəm. Kitabı bir an belə əlimdən kənara qoymaq istəmirdim. Bu cür axıcı, maraqlı mövzu adamı darıxmağa heç qoymur. "Psixiatr" əsəri də sonda məni şoka salmışdı, bu da həmçinin. Əslində təxminlərim tamam fərqli idi. Sonluğunu başqa cür düşünmüşdüm. Heç gözləmədiyim bir şeylər oldu. Ən çox Yan üçün sevindim. Uşaqlığından bəri əzablar içində idi. Yanın bu qədər əzmkar olub məsələni araşdırmağa yönəlməsi onun xaraktercə əslində bir qədər güclü olduğunu bizə deyir. O travmalarla heç kəs onun kimi həmin məqama gəlib çata bilməzdi. Ümumilikdə, obrazlar gözəl işlənilmişdi. Əsər boyu adam həyəcan içində qalır ki nə baş verir. Təsvir sevmirəm. Amma yazar özünün qurduğu təsvirlər ilə oxucuya şərait yaradır ki, o da təsəvvür edə bilsin. Tezliklə Vulf Dornun digər kitablarını da oxuyacağam.
Şizofrenik
Şizofrenik
Wulf Dorn
Wulf Dorn
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
·
218 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.