Gönderi

216 syf.
4/10 puan verdi
·
15 günde okudu
Deməli, əsər fərqli bir obrazın nitqi ilə başlayıb Peçorinin gündəliyinə çevrilir. Başa düşürəm, burada əsas qəhrəmanımız da elə Peçorindir. Amma başdakı obrazın hekayəni nəql etdirməkdən başqa bir vəzifəsinin olmaması qəribə gəldi, kitab boyunca həmin adamın hadisələrlə necə bir əlaqəsi olduğunu sorğuladım və bu sualım cavabsız qaldı. Peçorin obrazına isə heç bir simpatiya duya bilmədim. Qadınları barmağına dolayan və bu qədər səthi mühakimələr edən obrazları heç vaxt sevə bilməmişəm. Yenə də diqqətimi çəkən bir-iki cümləni qeyd etdim, onlar haqqında danışmaq istəyirəm: "Qadınlar ancaq tanımadıqları adamları sevirlər." Məncə, bu bütün insanlara aiddir. Kimisə tamamilə tanımadan, görünüşlərini bəyəniriksə istədiyimiz xarakteri yerləşdirib sevməyə başlayırıq. Hətta o insanla nə qədər az və səthi ünsiyyətdə olsaq, o qədər sevgimiz güclənir. İnsanları bir-birindən uzaqlaşdıran vaxt deyil, bir-birini tanımaqdır. "Bəlkə də, məni bunun üçün sevirdin, sevinc unudulur, kədər isə heç vaxt yaddan çıxmır..." "Görəsən, mənfi xüsusiyyətlər bu qədərmi cəzbedicidir?" Burada da həqiqət var. İnsan elə bil dərd çəkməyə proqramlanıb. Eynilə matrixdəki kimi, əzab-əziyyət çəkməsə, yaşaya bilmir. Ona görə mümkünsüz eşqlərin dalınca qaçır, gələcəyi olmayan münasibətlərə görə kədərli mahnılar dinləyir, yazır, bəstələyirik bəlkə də. Kədər ruhumuzu və sənətimizi qidalandırır. Belə, kitab mənim üçün çox da yaddaqalan olmadı. Lakin maraqlı obrazlandırmalarla qarşılaşdım və bu tip insanların düşüncə şəklini anlamağa çalışmaq maraqlı idi.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,489 okunma
·
154 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.