Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

428 syf.
·
Puan vermedi
İlin son kitabı ilə gəldim. Yazardan oxuduğum 5ci kitabdır. Bu da digərləri kimi çox maraqlı və gərilim dolu idi. Mən sıralamanı qarışdırıb ilk "Oyunbaz"ı sonra bunu oxudum amma, oxumayanlar ilk bu kitabı oxusunlar. Çünki "Oyundabz" bu kitabın davamıdır. Yəni eyni obrazlar digərində də var və bu kitabı oxuduğunuzda digərini daha rahat başa düşəcəksiz. Kitabın mövzusuna gəldikdə isə, Yan Forstner adlı psixiatrın keçmişində baş vermiş və hələ də onda böyük təsir buraxmış hadisələr haqqındadır. Belə kitabların mövzusu haqqında çox danışmaq istəmirəm. Fikrimcə bu tərz kitablara başlayanda heç bir məlumat olmadan oxumaq daha maraqlı edir. Onu deyə bilərəm ki ötürdüyü mesaj çox gözəldir. Keçmişdə nə qədər pis və ya xoş hadisələr yaşamışıqsa bu günümüzə onu yansıtmamalıyıq. Unutmaq olmur, amma insan keçmişi ilə yaşaya bilməz. Arxaya baxmaqdan qabağındakı maneəni görə bilməz və hər dəfə yıxılar. Gərilim və həyəcən dolu bu kitabı əlimdən buraxmaq istəmirdim. Kitabı oxuyarkən (digər kitablarında olduğu kimi) sanki film izləyirmişəm kimi təəsürat yaradır adamda. Vulf Dorn'dan bir kitab oxusanız bağımlısı olacaqsınız. Əslində kitabın tərcüməsindən də çox şey aslıdır deyə düşünürəm. Belə səlis tərcümə oldunduğu üçün tərcüməçiyə və nəşriyyata ayrıca təşəkkür edirəm. Və digər 3 kitabının da nəşrini görməyi ümid edirəm
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.