Gönderi

8/10
·360 syf.··
2023 53. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Aralık 2023 00:00
Frankenstein ya da Modern PrometheusDracula -dan bəhrələndiyi düşünülən Operadaki Hayalet . Gotik ədəbiyyatın ən önəmli 5-6 əsərindən üçünü, popular incəsənətdə ən məşhur olan, ən çox adaptasiya edilmiş olanları il bitmədən oxudum, nəhayət ki. Və tamamilə razılaşıram, Operadaki Hayalet sözükeçən digər iki əsərdən çox bəhrələnib. Ya da daha doğrusu, Gaston Leroux sanki yaradılmışların ən çirkini və ən çox sevilməyəni ilə gücünün verdiyi təkəbbür ilə bütün insanlığı ələ almağa çalışan dahinin hekayəsini birləşdirmək istəyib. Bunu edərkən də, o klassik qorxulu, həyəcanlı, romantik - qotik auranı qorumaq, ancaq sonda bütün hekayəni daha real, məntiqə sığan bir təmələ oturtmaq istəyib. (Bunu xüsusilə bəyəndim bu arada.) Qeyd : Bu kitabın İthaki üz qapağı dizaynı çoox qəşəngdi, ağzımın suyu axır... İndi elektron oxudum / səsli dinlədim, amma nə vaxtsa, məhz bu nəşrini kitabxanama da əlavə edəcəm mütləq. Qeyd 2 : Kitab əsasında çəkilmiş "Phantom of the Opera" (2004) müzikala da baxmağı unutmayın. Xüsusən eyni adlı soundtrackı ləzzət edir və hekayənin o aurasını tam əks etdirir Hekayənin klişe tərəfi vardı ? Əlbəttə ! 1909-cu ildə yazılmış klassik gotik romandan danışırıq, dostlar ! Ancaq axıcı idi, maraqlı idi, süjet və sonluq tətmin edirdi. Xüsusən də Frankenstein ya da Modern Prometheus kimi öz alt mətni, dərin fəlsəfəsi ilə sadəcə dövrü üçün deyil, bizim dövrümüz üçün belə çoox orjinal olacaq bir hekayənin bu qədər səthi, zəif yazılmasından duyduğum xəyalqırıqlığından sonra Operadaki Hayalet çox yaxşı təsir etdi.:) Totally, üç roman da yaxşıdı və ayrı-ayrılıqda incəsənətin inkişafı üçün çox töhfə vermiş, ideya yaratmış personajlar, hekayələr təqdim edirlər. Oxumaqdan peşman deyiləm, tövsiyə də edərəm. Kitabla qalınızz☆
Operadaki HayaletGaston Leroux · İthaki Yayınları · 20213,812 okunma
·
712 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Tinuviel
Gönderi Sahibi
Bu arada, hekayə boyu təkrar-təkrar, israrla vurğulandığı kimi Phantom çoox çirkin, qorxunc bir görkəmə sahibdi. Hər şeyin başlanğıcı və sonu olan səbəbdi bu. Ancaq as always, beyaz perde adaptasiyası estetik qayğını ön planda tutub və sadəcə maskalı bal üçün geyinmiş xarizmatik bir obraz yaradıb. Nch nch nch.:)
Tinuviel
Gönderi Sahibi
open.spotify.com/track/3IzHfzxOo... Dinləmək istəyənlər üçün. Mahnının özünü dinləməmiş olsanız belə, o ikonik instrumental girişini anımsayacaqsınız.:)