Gönderi

264 syf.
10/10 puan verdi
·
Beğendi
"Qızılgül olmayaydı"
"QIZILGÜL OLMAYAYDI" RƏSUL RZA İnanıram, bir gün onun səhər gələcəkli pioner oxucuları çiçəklərlə bəzəyəcək şairin heykəlini. ...ancaq elin qəmli gəlini, qızılgül olmayaydı, saralıb solmayaydı.. POEMANI OXUDUQCA İNSANIN ÜZƏRİNƏ BİR TƏRƏFDƏN DƏRİN HÜZN ÇÖKƏRKƏN , BƏZİ HİSSƏLƏRİNİ İSƏ OXUDUQCA ÜZÜMÜZDƏ XƏFİF BİR GÜLÜMSƏMƏ YARADIR. BU GÜLÜMSƏMƏNİN QAYNAĞI MİKAYIL MÜŞFİQİN RUHUNUN İNCƏLİYİNİ HİSS ETMƏYİMİZ OLUR. MİKAYIL MÜŞFİQ- XALQIMIZIZIN YADDAŞINDA ÖLMƏZ ƏSƏRLƏRİ İLƏ İZ QOYAN ŞAİR, 30-CU İLLƏR REPRESSİYA QURBANLARINDAN BİRİ, RƏSUL RZANIN YAXIN DOSTU İDİ. POEMA KEÇMİŞ XATİRLƏRİN CANLANDIRILMASI FORMASINDA QƏLƏMƏ ALINMIŞDIR. YALNIZ VURĞULAMAQ MÜTLƏQDİR Kİ, MÜƏLLİF DOSTUNUN SİMASINDA ƏSƏRİ ƏSLİNDƏ DEMƏK OLAR Kİ, REPRESSİYA QURBANLARININ HAMISINA HƏSR EDİB. ƏSƏRİ OXUDUQCA O DÖVR HAQQINDA GÖZ ÖNÜNDƏ GENİŞ TƏSƏVVÜR YARANIR. ƏSƏR MİKAYIL MÜŞFİQİN HƏYAT YOLDAŞI OLAN DİLBƏRİN QONAQ GƏLMƏSİLƏ BAŞLAYIR. RƏSUL RZA ONU ÖNCƏ TANIMASADA DAHA SONRA TANIYIR. ONUN HAQQINDA İŞLƏTDİYİ İFADƏLƏRDƏN BİRİ "QUYUYA DÜŞMÜŞ GÖZLƏR" İDİ Kİ, MƏNCƏ TƏK BU İFADƏ ŞAİRƏNİN HALINI GÖZ ÖNÜNDƏ CANLANDIRMAĞA KİFAYƏT EDİRDİ. ŞAİR ARAYA SÜKUTUN ÇÖKDÜYÜNÜ VƏ BU SÜKUTUN NƏ QƏDƏR ƏZAB VERİCİ OLDUĞUNU VURĞULAYIR. ARDINCA MİKAYIL MÜŞFİQLƏ OLAN TANIŞLIĞI , ONUNLA BAĞLI DİGƏR XATİRƏLƏRİNİ HƏMÇİNİN ACI TALEYİNİN SONU HAQDA YAZIR. POEMANI OXUDUQCA ÖZÜMÜZÜ HADİSƏLƏRİN İÇİNDƏ KİMİ HİSS EDİRİK Kİ, BU MÜƏLLİFİN MƏHARƏTİNDƏN QAYNAQLANIR. DOSTLAR BİR GÜN SABAH GÖRÜŞMƏK ÜMİDİLƏ AYRILIR, SABAH OLUR LAKİN MÜŞFİQ GƏLMİR... MÜƏLLİF ƏSƏRİN SONLARINA DOĞRU MİKAYIL MÜŞFİQİN " BU GÜNLƏEİ" GÖRMƏDİYİNƏ AŞAĞIDAKI MİSRALARLA TƏƏSÜFLƏNİR: O da bircə günlüyə gələ bilsəydi indi, görərdi ki, şaxtalar keçdi, hava isindi. Görərdi, şeri necə dillərdə əzbər olub. Sevdiyi Bakı nə gözəl, yaşıl donlu şəhər olub! Bu günün insanlarını görərdi Öz əlilə vətən bağından istədiyi çiçəkləri dərərdi. Ürəyi fərəhlə dolardı, gözlərində sevinc , yazardı, yaradard ı sakit və dinc. Nə dilində giley qalardı, nə gözlərində kədər. Oxşayardı könlünü dillərdə, dodaqlarda gəzən Mikayıl Müşfiq imzalı nəğmələr !
Seçilmiş Əsərləri - V Cild
Seçilmiş Əsərləri - V CildRəsul Rza · Öndər Nəşriyyatı · 20058 okunma
·
1 artı 1'leme
·
377 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.