Gönderi

110 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qurana və Vəhyə qeyri-ənənəvi baxış: Məhəmməd Müctehid Şəbüstəri
Məhəmməd Müctehid Şəbüstəri 1937-ci il doğumlu Tehranlı bir İslam alimidir. İnkişaf etdirdiyi təfsir paradiqması isə həm ənənəvi şiə, həm də sünni qaynaqlardan fərqlənir. Həmçinin, Əli Şəriətinin yaxın dostlarından biri və İran İnqilabının dəstəkçilərindən biridir. 2022-də İranda, özəlliklə qadınların və gənclərin kapitalist molla rejiminə qarşı haqlı üsyanından sonra oradakı üləma arasında da ayrılıqlar oldu. Ona görə də, hal-hazırda müəllimin İrana münasibətini tam bilmirəm. Kitaba gəldikdə isə, 3 il əvvəl oxumağıma rəğmən ağlımda qalan ən böyük xüsusiyyətlərdən biri, Qanun Nəşriyyatdan çıxan tərcüməsinin çox pis olmasıdır. Həm kitabın materialı, həm də tərcüməsi başdan-sovda işin məhsulu olduğunu göstərir. Kitabın əsas məğzi, Quran ayələrinin və vəhyin təbiətinə dairdir. Məhəmməd Şəbüstəri hermenevtik şərhi inkişaf etdirərək Quranın birbaşa olaraq vəhiy olduğunu deyil, Məhəmmədin (peyğəmbər olan) "vəhiy məhsulu kəlamlarının" məhsulu olduğunu irəli sürür. Ancaq, bu "Quran Məhəmmədin xəyalının məhsuludur, uydurmasıdır" şəklində deyil; "ilahi vəhyin" Məhəmmədin düşüncəsində təcəlli etməsindən sonra ayələrin vaqif olması şəklində bir iddiadır. 3 il əvvəl, Şəbüstərinin bu kitabı haqqında "sözaltı sözlük" saytında yazmışdım. Həmin yazını olduğu kimi burada paylaşıram. Kəlamullah, Məhəmməd Müctehid Şəbüstəriyə əsasən quranın özü etibarilə olmadığı, lakin qaynaqlandığı mənbə olan kəlamdır. Quranı birbaşa olaraq kəlamullah misali düşünsək, Məhəmməd peyğəmbərin bu kəlamları insanlara ötürməkdə sadəcə bir mikrofon və ya kanal kimi fəaliyyət göstərdiyini demiş olarıq. Halbuki, bu bir neçə səbəblərlə düzgün fikir deyil: 1) Quranda məhəmməd peyğəmbər "yüksəldilmiş" anlamında olan "məbus", yəni "elçi" kimi isimləndirilmişdir. Hira dağında məhəmməd peyğəmbər "yüksəldiləndən" sonra onun həyatında köklü dəyişiklər olmuşdur. Belə ki, o səylə, inamla insanları onun bəyan etdiklərinə iman etməyə çağırır, cəmiyyət daxili dərin dəyişiklər edirdi. Onun fəaliyyəti coşğulu olmuşdur. Əgər Məhəmməd sadəcə "mələklərdən və ya tanrıdan gələn ifadələri insanlara bəyan edən ötürücü kanal və ya mikrofon" rolunu ifa etmiş olsa idi burada "yüksəldilmişlik"dən və ya "coşğu"dan söhbət belə gedə bilməzdi. 2) 7-8-ci əsr ərəb cəmiyyətində insanları təsirləndirən şəxslərə "sehrbaz," "şair," "kahin" deyirdilər. İslam müxalifləri də, Məhəmməd peyğəmbər quran oxuyarkən müxatiblərini (müraciət olunan) təsirləndirib onların iman etməyinə səbəb olduğundan ona "sehrbaz," "kahin," "şair" kimi təxəllüslər qoşmuşdur. Əgər Məhəmməd ibn Abdullah sadəcə qeybdən gələn səsləri ötürmək üçün bir vasitə olsa idi ona bu ləqəblər qoşulmazdı. çünki, şair, kahin və sehrbazlar başqaları tərəfindən idarə edilməz, özləri öz işləri ilə məşğul olarlardı. Peyğəmbər də öz kəlamını söylədiyindən ona bu isimlər verilmişdi. 3 ) Quranda təbiət fenomenlərini tanrı ayəsi kimi adlandırmaq onların öz təbii səbəblərinə mənsub olmadıqlarını ifadə etmək deyildir. Həmçinin, Quran ayələrini də tanrı ayələri olaraq adlandırmaq bu mətnin peyğəmbərə aid olmadığı anlamına gəlməz. 4) Bəyan sistemi olaraq dilin əmələ gəlməsi və davamiyyətini qoruması üçün 5 şərt vardır: 1. dilin qaynaqlandığı danışan və düşünən mehvər (bir şeyin əsasını təmin edən məğz, amil). 2. dilin yönəldiyi adres olaraq dinləyən mehvər. 3.dilin qaynaqlandığı mətn mehvəri. 4. ortaq ünsiyyət və ifadə məkanı olaraq xalq mehvəri. 5. dilin bəyan etdiyi məzmun mehvəri. Burada dilin qaynaqlandığı danışan mehvər dedikdə, düşünən və sözlərinin ona aid edilməsi mümkün olan mehvər nəzərdə tutulur. Əgər bir şəxs müəyyən sözlərin ona mələklər kimi vasitələrlə qiraət edildiyini söyləyib bunları dinləyicilərinə bir mikrofon kimi yansıdar və daha sonra "bu sözləri deyən mən deyiləm" deyərsə, bunun "təsdiq dəlili" olmayacaqdır. Bu cümlələrin arxasında heç bir ciddi iradə görülə bilməz. Bu cümlələri açıqlayıb incələmək də mümkün deyil. Bu cümlələr dilin 5 mehvərindən yoxsul olduğu üçün heçkimin kəlamı sayılmaz və bu ifadələr ərəb dilinin nümunələri kimi hesab olunmaz. Əgər bu bəyanların bir söyləyicisinin, onun da tanrı olduğunu fərz edərsək burada tanrının müxatibi (müraciət olunan) Məhəmməd peyğəmbər olacaqdır. Məhəmməd peyğəmbərin sadəcə ötürücü kanal kimi oxuduğu ifadələrin isə söyləyicisi olmayacaqdır. Çünki müxatiblər peyğəmbərin iç dünyasında nələrin olduğunu anlaya bilməzlər. Kimlərlə və necə danışması ancaq peyğəmbərin haqqında bilgiyə sahib ola biləcəyi sahələrdir. Bu vəziyyətdə, Məhəmməd müxatiblərindən qurana yalnız tanrı kəlamı olduğu üçün iman etməsini istəyəcəkdir. Bu isə xalqdan anlamadan iman etmələrini istəməkdir. Xalqın quran kəlamlarını anlaması üçün peyğəmbərin quran ayələrini təfsir etməsi, açıqlaması lazımdır. əgər islam peyğəmbəri heç kimsəyə aid olmayan kəlamı sadəcə ibadət yolu ilə anlamasını istəsəydi, "məgər onlar quran haqqında düşünmürlərmi? yoxsa qəlbləri qıfıllıdır?" deməzdi. Bir neçə yerlərdə də, “bu (quran) isə açıq-aşkar ərəb dilindədir”. deyilmişdir. Yəni ki, quran bəyan edilənlərin bir söyləyicisi olduğunu açıq aşkar bəyan edir ki, bu da düşünən və sözləri ona aid edilə biləcək olan məhəmməddir. Nəticə: Günümüzdə qurani-kərimdə mövcud olan ayələr söz və məna olaraq tanrı tərəfindən xalqa duyurulmaq üçün Məhəmmədə göndərilməmişdir. Həm söz, həm də məna peyğəmbərin özünə aid olmuşdur. Quran ayələri vəhyin özü deyil, vəhyin məhsuludur. Tanrı vəhy yolu ilə Məhəmmədə bu kəlamları söyləmə haqqını, yəni bu kəlamların Məhəmmədin özündən gəlməsini təmin edəcək təcrübəni, experience-i vermişdir.
Varlığın Peyğəmbəranə Oxunuşu Nəzəriyyəsi
Varlığın Peyğəmbəranə Oxunuşu NəzəriyyəsiMuhammed Müctehid Şebusteri · Qanun Nəşriyyatı · 20131 okunma
·
181 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.