Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən Allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni... Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə... Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala anasına qovuşan kimi, Leylək yuvasına yovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam, Amma ki, sönməyim çox çətin olur – Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur. Bu şirinim acı olacaq isə, Bir qismət çiçəyim solacaq isə, Öyrətmə özünə, öyrətmə məni. Könlümdə yerin var, qopmaz yerindən, Bir əkiz ləçəyi, haça budağı Ayırmaq olmursa biri-birindən, Məni də ayırmaq çətindir axı. Öyrətmə özünə, öyrətmə məni; Yox buna təqatim, yox buna tabım Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var, Hicranın köz basmış yanıqları var - Mənim dərdlərimin ayaqları var - Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə… 🌹
Musa Yaqub
Musa Yaqub
··
630 görüntüleme
Kitabsever okurunun profil resmi
Səhər-səhər qulaqlarımın pası silindi. Təşəkkür edirəm, dost🌼
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.