“Her nasip vaktine esirmiş.”
10/10
·408 syf.··
Beğendi
·
2024 1. kitabı
·
94 günde okudu
·
Okunma: 19 Ocak 2024 13:24
“Seyir”… İndiyə qədər oxuduğum ən qəşəng şəxsi inkişaf romanı ola bilərsən. Oxumaqdan çox yaşadığım. Yaşamağı öyrədən, bəzən sərt, düşündürücü, fərqində olmadan dönüşdürücü, amma bəzən də çox əyləncəli, yumşaq, axıcı şəxsi inkişaf kitabı axtarırsınızsa o budur. Kitabdan sonra həyata açılıb radikal qərarlar verməyiniz də qarantidir :D Varsınızsa, xoş mütailələr deməyəcəm, xoş seyirlər. Çünki kitabla yaşamınızı, ruhunuzu seyir edib, özünüzdən bir parça tapmamağınız mümkünsüzdür. Odur ki, yaşayın. Oxuyandan sonra dönüb fikirlərinizi bildirərsiniz. Hə, bir də, qurban psixologiyasında olanlar, “niyə hər şey mənim başıma gəlir, niyə bu belə oldu, niyə həyat üzümə gülmür, kimə nə etmişəm” deyənlər, ən çox özünüzə etmisiniz, özünüzü incitmisiniz, və davam edirsiniz. Şəfalanmağınız bir addımlığındadır, həyat üzünüzə gülür. Yetər ki, siz dəyərləndirə biləsiniz. Oxuyandan sonra təşəkkürü mənə, ya da yazara yox, özünüzə edəcəksiniz…bu yolu seçdiyiniz üçün :D Seyir Piraye
2024 Okuma Raporları
SeyirPiraye · Mona Yayıncılık · 202115,2bin okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.