Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

232 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Louisa Hay "Düşünce Gücüyle Tedavi" adlı bu kitabında insanın düşüncə gücü ilə hər şeyin öhdəsindən gələ biləcəyini və müsbət düşüncələrin bizim həyatımızda necə böyük rol oynadığını göstərir. İstər xəstəlik olsun, istər özgüvənsizlik, istərsə də sevgi görə bilməmə bütün bunların tək müalicəsi təməl düşüncəni dəyişməkdən keçir! Kitabı oxumağa başladığınız andan etibarən bir şeylərin dəyişməyə çalışdığını yada dəyişməli olduğunun fərqinə varacaqsınız. Bu bir növ düşüncə müalicəsidir. Louisa Hay ilə gözəl, xoşbəxt və sevgi dolu bir yaşama qapılarımızı açırıq. Kitabı oxuduqdan sonra daxilində olan və bizə edilməsi gərəkən bir tapşırıq olaraq verilən hər şeyi həyatımızda gerçəkləşdirməliyik. Bu kitabı oxuyacaqsınızsa mütləq yanınıza bir not dəftəri və qələm alın. Ən önəmlisidə həyatınızda tətbiq etməyəcəksinizsə boşuna zamanınızı xərcləməyin. Çünki bu kitab həqiqətən dəyişmək istəyənlərin və sağalmaq istəyənlərin oxuması gərəkən kitabdır. Möhtəşəm idi! Kitab bütünü ilə möhtəşəm idi!!
Düşünce Gücüyle Tedavi
Düşünce Gücüyle TedaviLouise L. Hay · Altın Kitaplar · 20203,699 okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.