Onsuz da Mark Levi sevdiyim yazıçılardan biridir. Oxuduğum kitabları fantastik, romantik, dedektiv janrda olub. Bu kitab da demək olar ki fantastikdir. "Bəlkə də bu həqiqətdir" romanını oxuyanlar məni anladı.
Culiya 20 il idi ki atası ilə danışmırdı özünə görə çox keçərli səbəbləri vardı, atası da eyni ilə qızıyla danışmırdı bir sözlə danışmağa cürət etmirdi. Nəhayət ilk addımı atası atır amma bu addım atasının ölümü nəticəsində olur. Atası öldükdən sonra hazırladığı robotunu qızına göndərir. Bəli robot atasına oxşayır və ümumilikdə atasının beynini daşıyırdı. Məhz buna görə fantastik deyirəm.
Culiya atası ilə (robot ilə) sadəcə 6 gün vaxt keçirə bilər, 6 gündən sonra mexanika dayanacaqdı. Beləliklə, onlar maraqlı səyahətə çıxır. 18 il əvvəl qızını ayırdığı sevdiyi oğlanı axtarmaq, qızını sevdiyinə qovuşdurmaq onun əsas məqsədi idi.
Kitabı oxuyanlar biləcək, mənə bir fikir müəmmalı gəlir. Entoni 6-cı günün tamamında qutusunda bağlanır amma qızı evdən çıxandan sonra o yenidən bərpa olur və katibi Uolles ilə gizli səyahətə çıxır. Yəqin ki digər kitablarda yazıçı bunu aydınlaşdıracaq.
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy