Afaq Hebullayeva

Afaq Hebullayeva
@Sadece_Afan
Hər zaman mükəmməl yazır
10/10
·495 syf.··
Beğendi
·
2024 5. kitabı
·
12 günde okudu
·
Okunma: 19 Şubat 2024 14:29
Dan Brown'dan ikinci kitabla gəldim Dan Brown mənim üçün tamamilə qeyri-adi bacarığa sahib yazardır çünki bütün kitabları dəqiq araşdırmalara doğru tarixi məlumatlara əsaslanır. "Cəhənnəm" və "Da Vinçi Şifrəsi" kitablarını oxuduğum üçün bunu tam dəqiq deyə bilirəm. Kitabı oxuyarkən mütləq özünüz üçün qeydlər aparmalı və vacib yerləri qeyd etməlisiniz çünki kitabda başqa hekayə başladıqda digər əsas hekayədə ki, məlumatları xatırlamalısınız hamısı dedektiv axtarışı kimi bir-biri ilə əlaqəlidir bir məlumatı unudan kimi zəncir qırılır... Bu kitabları oxuyan insanın dünyagörüşü, sənət əsərlərinə olan marağı, tarixi yerlərə olan marağı və s. artır. Oxumaqla bir çox zəngin məlumatlar qazanırıq. #k:639. Dan Brown
İnceleme
Da Vinci ŞifresiDan Brown · Altın Kitaplar · 200352,8bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”

Afaq Hebullayeva

, bir kitap okudu
10/10
·495 syf.··
Beğendi
·
12 günde okudu
·
2024 5. kitabı
Dan Brown
8.8/10 · 52,8bin okunma
Həyatım məhv olarkən mənə nəfəs oldun
10/10
·440 syf.··
Beğendi
·
2024 4. kitabı
Guillaume Musso ən sevdiyim yazıçılardan biri oldu bu kitabda oxuduğum ikinci kitabıdır. Bir sözlə mükəmməl bir romandır. Oxuduqca birinci fantastik janrda olduğunu düşünür insan amma sonra hər şeyin gerçək olduğunu anlayırsan. Tom həyatında ən çox sevdiyi və dəyər verdiyi qadın tərəfindən tərk edilir. Həmin qadını unutmaq üçün əlindən gələni edir amma bu etdikləri onun həyatını məhvə doğru sürükləyir... Tom'un kitablarında olan xəyali qəhrəman Billi bir gecə onun evində peyda olur. Billi, çap olunarkən səhvə gedən 100000 nüsxədən ibarət kitablarda yarım qalmış bir cümlədən real dünyaya düşür. Birinci buna inanmaq istəməyən Tom əlindən gələni edir amma sonda öz yaratdığını zənn etdiyi gözəl Billi'yə sevgi bəsləyir. Hekayənin sonunda hər şey yerini tapır sadəcə diqqətlə oxumaq lazımdır. Düşünmədən oxunması lazımdır bu romanın Kağız Qız Guillaume Musso
İnceleme
Kağız QızGuillaume Musso · Qanun Nəşriyyatı · 2021198 okunma
Sevdiklərimiz sonsuza qədər yanımızda olmayacaq...
8/10
·324 syf.··
Beğendi
·
2024 3. kitabı
·
9 günde okudu
·
Okunma: 23 Ocak 2024 00:00
Onsuz da Mark Levi sevdiyim yazıçılardan biridir. Oxuduğum kitabları fantastik, romantik, dedektiv janrda olub. Bu kitab da demək olar ki fantastikdir. "Bəlkə də bu həqiqətdir" romanını oxuyanlar məni anladı. Culiya 20 il idi ki atası ilə danışmırdı özünə görə çox keçərli səbəbləri vardı, atası da eyni ilə qızıyla danışmırdı bir sözlə danışmağa cürət etmirdi. Nəhayət ilk addımı atası atır amma bu addım atasının ölümü nəticəsində olur. Atası öldükdən sonra hazırladığı robotunu qızına göndərir. Bəli robot atasına oxşayır və ümumilikdə atasının beynini daşıyırdı. Məhz buna görə fantastik deyirəm. Culiya atası ilə (robot ilə) sadəcə 6 gün vaxt keçirə bilər, 6 gündən sonra mexanika dayanacaqdı. Beləliklə, onlar maraqlı səyahətə çıxır. 18 il əvvəl qızını ayırdığı sevdiyi oğlanı axtarmaq, qızını sevdiyinə qovuşdurmaq onun əsas məqsədi idi. Kitabı oxuyanlar biləcək, mənə bir fikir müəmmalı gəlir. Entoni 6-cı günün tamamında qutusunda bağlanır amma qızı evdən çıxandan sonra o yenidən bərpa olur və katibi Uolles ilə gizli səyahətə çıxır. Yəqin ki digər kitablarda yazıçı bunu aydınlaşdıracaq. Bir Birimizə Demədiyimiz Sözlər Marc Levy
İnceleme
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,210 okunma