Yazıçı ilə tanışlığım bu romanla oldu həqiqətən bir göz qırpımında oxuyub bitirmək istəyəcəyiniz bir romandır. Jojo Moyes'i sevənlər bu romana da heyran olacaq. Yeniyetməlik dövründə etdiyi səhvi özünə bağışlamayan gənc oğlanın qırx yaşına qədər olan həyatı tam şəkildə izah olunur. Sevdiyi qıza görə qatil oldu amma sevdiyi qız onun sevgisinə heç vaxt layiq deyildi. Romanda bir nəfərə üzüldüm o da günahı olmadığına baxmayaraq bir anlıq qəzəblə öldürülən Aleksis Kleman idi. Həqiqətləri öyrənmək üçün saatlarca oxuyub kitabdan ayrılmaq istəməyəcəksiniz... Qız və GecəGuillaume Musso
Mən Marc Levy ilə "Bəlkə də bu həqiqətdir.." romanı ilə tanış olmuşdum. Ümumiyyətlə Marc Levy fantastik, romantik, dedektiv tərzdə yazır 7 kitabını oxumuşam bu da onlardan biridir. Çox maraqlı biraz da dedektiv tərzdə hekayə idi. "Yenidən başlamaq mümkün olsaydı" romanındakı qəhrəman Andreu'nun həyatının davamı və Suzi adlı qızla tanışlığı ilə başlayır hekayə, qeyd edim ki, yazıçının sevdiyim yönlərindən biri də yazdığı romanların qəhrəmanlarını digər romanlara gətirib çıxara bilir. Suzi öz nənəsinin xəyalları ilə böyümüş cavan bir qızdır. Nənəsi böyük bir haqsızlığa qurban edilmişdi məhz bunu sübut etmək məqsədi ilə Suzi əlindən gələni edir və Andreu da ona dəstək olur. Marc LevyQorxudan Daha Güçlü Hiss