Dan Brown'dan ikinci kitabla gəldim Dan Brown mənim üçün tamamilə qeyri-adi bacarığa sahib yazardır çünki bütün kitabları dəqiq araşdırmalara doğru tarixi məlumatlara əsaslanır. "Cəhənnəm" və "Da Vinçi Şifrəsi" kitablarını oxuduğum üçün bunu tam dəqiq deyə bilirəm. Kitabı oxuyarkən mütləq özünüz üçün qeydlər aparmalı və vacib yerləri qeyd etməlisiniz çünki kitabda başqa hekayə başladıqda digər əsas hekayədə ki, məlumatları xatırlamalısınız hamısı dedektiv axtarışı kimi bir-biri ilə əlaqəlidir bir məlumatı unudan kimi zəncir qırılır... Bu kitabları oxuyan insanın dünyagörüşü, sənət əsərlərinə olan marağı, tarixi yerlərə olan marağı və s. artır. Oxumaqla bir çox zəngin məlumatlar qazanırıq.
#k:639. Dan Brown
Guillaume Musso ən sevdiyim yazıçılardan biri oldu bu kitabda oxuduğum ikinci kitabıdır. Bir sözlə mükəmməl bir romandır.
Oxuduqca birinci fantastik janrda olduğunu düşünür insan amma sonra hər şeyin gerçək olduğunu anlayırsan.
Tom həyatında ən çox sevdiyi və dəyər verdiyi qadın tərəfindən tərk edilir. Həmin qadını unutmaq üçün əlindən gələni edir amma bu etdikləri onun həyatını məhvə doğru sürükləyir...
Tom'un kitablarında olan xəyali qəhrəman Billi bir gecə onun evində peyda olur. Billi, çap olunarkən səhvə gedən 100000 nüsxədən ibarət kitablarda yarım qalmış bir cümlədən real dünyaya düşür. Birinci buna inanmaq istəməyən Tom əlindən gələni edir amma sonda öz yaratdığını zənn etdiyi gözəl Billi'yə sevgi bəsləyir.
Hekayənin sonunda hər şey yerini tapır sadəcə diqqətlə oxumaq lazımdır. Düşünmədən oxunması lazımdır bu romanın
Kağız QızGuillaume Musso
Onsuz da Mark Levi sevdiyim yazıçılardan biridir. Oxuduğum kitabları fantastik, romantik, dedektiv janrda olub. Bu kitab da demək olar ki fantastikdir. "Bəlkə də bu həqiqətdir" romanını oxuyanlar məni anladı.
Culiya 20 il idi ki atası ilə danışmırdı özünə görə çox keçərli səbəbləri vardı, atası da eyni ilə qızıyla danışmırdı bir sözlə danışmağa cürət etmirdi. Nəhayət ilk addımı atası atır amma bu addım atasının ölümü nəticəsində olur. Atası öldükdən sonra hazırladığı robotunu qızına göndərir. Bəli robot atasına oxşayır və ümumilikdə atasının beynini daşıyırdı. Məhz buna görə fantastik deyirəm.
Culiya atası ilə (robot ilə) sadəcə 6 gün vaxt keçirə bilər, 6 gündən sonra mexanika dayanacaqdı. Beləliklə, onlar maraqlı səyahətə çıxır. 18 il əvvəl qızını ayırdığı sevdiyi oğlanı axtarmaq, qızını sevdiyinə qovuşdurmaq onun əsas məqsədi idi.
Kitabı oxuyanlar biləcək, mənə bir fikir müəmmalı gəlir. Entoni 6-cı günün tamamında qutusunda bağlanır amma qızı evdən çıxandan sonra o yenidən bərpa olur və katibi Uolles ilə gizli səyahətə çıxır. Yəqin ki digər kitablarda yazıçı bunu aydınlaşdıracaq.
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy
Yazıçı ilə tanışlığım bu romanla oldu həqiqətən bir göz qırpımında oxuyub bitirmək istəyəcəyiniz bir romandır. Jojo Moyes'i sevənlər bu romana da heyran olacaq. Yeniyetməlik dövründə etdiyi səhvi özünə bağışlamayan gənc oğlanın qırx yaşına qədər olan həyatı tam şəkildə izah olunur. Sevdiyi qıza görə qatil oldu amma sevdiyi qız onun sevgisinə heç vaxt layiq deyildi. Romanda bir nəfərə üzüldüm o da günahı olmadığına baxmayaraq bir anlıq qəzəblə öldürülən Aleksis Kleman idi. Həqiqətləri öyrənmək üçün saatlarca oxuyub kitabdan ayrılmaq istəməyəcəksiniz... Qız və GecəGuillaume Musso
Mən Marc Levy ilə "Bəlkə də bu həqiqətdir.." romanı ilə tanış olmuşdum. Ümumiyyətlə Marc Levy fantastik, romantik, dedektiv tərzdə yazır 7 kitabını oxumuşam bu da onlardan biridir. Çox maraqlı biraz da dedektiv tərzdə hekayə idi. "Yenidən başlamaq mümkün olsaydı" romanındakı qəhrəman Andreu'nun həyatının davamı və Suzi adlı qızla tanışlığı ilə başlayır hekayə, qeyd edim ki, yazıçının sevdiyim yönlərindən biri də yazdığı romanların qəhrəmanlarını digər romanlara gətirib çıxara bilir. Suzi öz nənəsinin xəyalları ilə böyümüş cavan bir qızdır. Nənəsi böyük bir haqsızlığa qurban edilmişdi məhz bunu sübut etmək məqsədi ilə Suzi əlindən gələni edir və Andreu da ona dəstək olur. Marc LevyQorxudan Daha Güçlü Hiss