Oscar Wilde 'dən oxuduğum ikinci əsəri idi.İlki "Dorian Gray'in portesi" olub.Məhz bu kitabdan sonra dedim Uayld da Balzak kimi bütün əsərləri oxunmağa dəyər biridir.Çalxantılı həyatı,sənətə baxış tərzi,dini inancı,biseksual olması bütün kitablarında öz əksini tapıb demək olar ki.Buna baxmayaraq onun yaxşı yazıçı olduğu da bir həqiqətdir.Əksər "kütlə" sırf yazıçı biseksualdır deyə,kitabları oxumur və yaxud bəyənmir.Əgər kitabı yazıçının həyatına görə dəyərləndirəsi olsaq,gərək kitab oxumayaq :)
Əsərdə kifayət qədər sətiraltı məna var idi.Mən İş bankası,kültür yayınları Hasan Ali Yücel tərcüməsini oxudum.Kitabda Uayld'ın bütün hekayələrini cəmlənib.
Mutlu Prens - Bütün Masallar, Bütün Öyküler hekayəsində balaca bir kırlangıç və qamışın bir-birinə olan sevgisini oxuyuruq.Qamış bataqlıqda yaşayır və məlum olduğu kimi hərəkət edə bilmir.Quş isə azaddır,qanadlarına güvənir.İki tərəf də bir-birini sevdiyini düşünür.Kırlangıç qamışı sevdiyi üçün qış ayında onun yanında qalmağı seçir.Ailəsi və dostları ilə birgə isti şəhərlərə,Misirə getmir.Amma bir müddət sonra bu seçimi özü etdiyi halda qamışı günahlandırır.Onun hərəkət etməməsi kırlangıç üçün maneə imiş.Əslində 21.əsr münasibətləri də məhz budur.Münasibəti yaşamağı,onun üçün nəsə etməyi tərəflər azad və sərbəst şəkildə seçir.Lakin nəticə istənildiyi kimi olmadıqda bunun günahını qarşı tərəfdə axtarılır :) Kırlangıç qamışa deyir ki,"Səndən çox olduğu halda mən niyə səni sevməliyəm?Nəyə görə səndə ilişib qalmalı,dostlarımdan ayrılmalıyam?"
Və qeyd edim ki,bu cümlələri ətrafdakı digər "heyvanların" təsiri ilə deyir.Təbii ki,"əsəbiykən deyilmiş hər cümlə sakit halda düşünülmüşdür".Qamış və kırlangıç sevgisindən anlayırıq ki,münasibət iki tərəf üçündür.Artıq 3cü bir tərəfin(şəxsin) iştirakı hər şeyi bərbat edir.Sevgidə necə deyərlər "davul bile dengi dengine" olmalıdır.Müxtəlif dünyaların insanları(heyvanları) bir yerdə ola bilməz.Çünki mühit,tələbat və düşüncələr buna imkan vermir :)
Kırlangıç qamışdan uzaqlaşaraq "Mutlu prens" heykəlinin yanına gəlir və ona kömək edir.Mutlu prensi gördükdən sonra anlayırıq ki,bütün dünyanın dərdi bir nəfərin çiyinləri üçün çox ağırdı.Xoşbəxt olmaq üçün bəlkə də bir qədər kor,lal,kar olmalıyıq.Ətrafdakıları görməməli,düşüncələrimizi susdurmalı,qəlbimizi dinləməməliyik.Öz dünyamızdan kənara addım atmamalıyıq.Amma əgər bunları etsək,insan olaraq qala bilərik ?Yerindən tərpənməyən,qəlbi daşdan olan heykəllərdən nə fərqimiz olar?
Kırlangıç mutlu prensi də sevir.Eynilə qamışı sevdiyi kimi :) Əslində mutlu prens də qamış kimi yerindən tərpənə bilmir.Amma nədənsə kırlangıç ona fərqli davranır.Qamış üçün etdiklərini dilə gətirən kırlangıç mutlu prens üçün ölməyi belə gözə aldı :)Yəni bəzən problem bizdə olmur.Hər şeyin yükünü öz çiyinlərimizə yükləməyə dəymir.Sevgi həmişə sağaltmır,bəzən yaralaya hətta öldürə bilir.Dünya üzərində heç nə üçün dərd çəkməyə dəymir.Bir şey ki,öldükdən sonra yerimizə başqa biri tapılır,işə yaramadıqdan sonra yenisi ilə əvəz edilirik.Belə bir dünyada yaşamaq nə dərəcədə xoşbəxt edə bilər ki?Mutlu prens belə "Kaygısızlık sarayında" yaşayırdı.....
🪽 Bülbül və gül hekayəsində gənc bir oğlan təsvir edilir.Sevdiyi qıza qırmızı bir gül versə,onunla rəqs edəcək,həyatının ən xoşbəxt anını yaşayacaq.Amma nə qədər axtarsa da,qırmızı bir gül tapa bilmir.Ona görə də meşədə ağlamağa başlayır.İşin məğzindən xəbəri olmayan kərtənkələ,kəpənək,çobanyastığı ona gülməyə başlayır.Təkcə bülbül bu gənc üçün kədərlənir.Axı onun niyə ağladığını bilir.Həyatımızdakı ya da ətrafımızdakı insanlar məhz bu hekayədəki kərtənkələdi :)Nələr çəkdiyimizdən,hansı hissləri keçirdiyimizdən bixəbər kərtənkələlər üçün halımız ancaq gülməli görünür.Bizə bülbüllər lazımdı.Ancaq bu hekayədən anladım ki,hər şey qədərində gözəldir.Edilmiş fədakarlıqlar davamlı olarsa,ətraf "onsuzda belə olmalıdır" deyəcək.Əlini verəndə qolunu istəyəcəklər misalı :)Fədakarlıq ona dəyməyən insanlar üçün edildikdə,cəfəngiyyata çevrilir.
Bencil Dev hekayəsində tam Oskar Uayld aurası hiss edilir.Bizim div danışmağı sevmir,ancaq nədənsə dostuna baş çəkməyə getdikdən sadəcə 7 il sonra qayıdır :)Hekayədən anlayırıq ki,uşaqlar qəlbi ən təmiz,ən saf olan varlıqlardır.Qışı bahara,egonu mərhəmətə çevirən tək varlıq uşaqlardır.
Vəfalı dost hekayəsində Küçük Hans və Değirmenci Hugh arasındakı "dostluq" təsvir edilir.Hekayədə valideyn olmaq,onun gətirdiyi məsuliyyət,mərhəmət çox incə şəkildə vurğulanıb.Müxtəlif obrazlar tərəfindən dostluq anlayışı,onun necə olması əks etdirilib.Xoşuma gələn hissələrdən bir digəri isə Uayld'ın "ağıllı insanı" təsvir etməsi idi.Ona görə eynək taxan,görünüşü yaxşı olan biri axmaqca danışsa belə hamılıqla dinlənir.İndiki dövrdə məzmun xətti olan deyil,dağınıq hekayələr bəyənilir(Yapıyorsun bu işi be Wilde)
Harika fişek hekayəsində bir qutu müxtəlif növ fişək kralın oğlunun evlənəcəyi gecədə partlamağı gözləyirdi.Onlardan biri isə özünü digərlərindən üstün tutur.Ego və özgüvən arasındakı o incə sərhəddi ayıra bilmir.Hekayədən anladım ki,mühit həqiqətən də hər şeydir.Nə qədər dəyərli olursansa ol,əgər doğru yerdə doğru insanlarla(fişəklərlə) deyilsənsə,lazımi şəkildə qiymətləndirilməyəcəksən.İnsan əvvəl özünə dəyər verməlidir.Lakin bəzən bizim ən böyük düşmənimiz elə yenə biz oluruq.Yersiz melanxoli,lazımsız kədər hər şeyi məhv edə bilir.
Genç kral hekayəsində müəyyən səbəblərə görə saraydan uzaqlaşdırılan,lakin sonradan kralın əmri ilə saraya gətirilən gənc şahzadəni görürük.Övladlıq olaraq meşədə yaşayan və uşaqları olmayan cütlüyə verilən bu kralın oğlu səfalətin,aclığın,soyuğun,istinin,ümidsizliyin və yuxusuzluğun,əziyyətin nə olduğunu bilirmiş.Lakin saraya gətirildikdən və dəbdəbəli həyatı gördükdən sonra bunları unudur.Tac geyinmə mərasimi üçün hazırlanacağı gecə 3 müxtəlif yuxu görür.Həmin yuxular istədiyi tac,pələrin,əsa üçün çəkilən əziyyəti,edilən fədakarlığı ona izah edir.Əslində biz də bu gənc kimiyik.Niyəsə həmişə rahata qaçır,keçmişimizi unutmaq istəyirik.Görünüşümüz yaxşı olarsa,insanlar bizi dinləyir,sevir,hörmət edir,anlayış göstərir.Halbuki hər şey görünüş deyil.Gözəl bir bədəndə daşdan qəlb daşıdıqdan sonra gözəlliyə nə fayda?)
Gənc kral dünyanı,xalqı düşünür.Tək bir insanla mühit dəyişə,dünya düzələ,ədalət yerinə gələ bilməz bəli.Ancaq elə hər şey o tək insanın ilk addımı atmağında gizlidir.
Prensesin doğumgünü hekayəsini oxuduqdan sonra anlayırıq ki,insanların estetik anlayışı çox fərqlidir.Əsl xoşbəxtlik bəzi şeyləri bilməməkdə və görməməkdə gizlənib.Uşaqlar hər nə qədər məsum və saf varlıqlar olsalar belə,bəzən bilmədən(ya da bilərək) ən böyük cəzanı verir,ən dəhşətli qəddarlığı edirlər.
Balıkçı ile Ruhu hekayəsində Oskar Uaylddın yazıçılığına heyran olmamaq əldə deyil.Hekayənin sujeti,irəliləmə şəkli,hadisələrin və məkanların təsviri,dini motivlərin sətiraltı göstərilməsi,ruh və cisim harmoniyası,insan təbiəti və onun xisləti,sevginin növləri və edilən fədakarlıqlar...
Yıldız çocuk hekayəsində valideyn-övlad münasibətləri ön planda saxlanılır.Edilmiş yaxşılıq müxtəlif şəkillərdə insana geri qayıdır.Həyat bumeranqdır və onun istiqamətini əməllərimiz müəyyənləşdirir.
Lord Artur Savile'nin suçu hekayəsində insanın həm nə qədər ağıllı,həm də nə qədər axmaq ola biləcəyini görürük.Əl falı kimi əksəriyyət tərəfindən anormal qəbul edilən bir şey,varlı təbəqə tərəfindən inanıldıqda normallaşdırıla bilir.İnsan öz xoşbəxtliyi üçün kifayət qədər eqoist,qəddar və bir o qədər də cəsarətli ola bilərmiş.Əldə edilmiş xoşbəxtlik digərlərinin bədbəxtliyi üzərinə qurulubsa,nə qədər davam edə bilər ki?Bəs sevgi yaşadır,sağaldırdı?
Sırrı olmayan Sfenks hekayəsində insan təbiətinin nə qədər qəribə və anlaşılmaz olduğunu görürük.Bir insan həm sevilmək,həm anlaşılmaq,həm də diqqət mərkəzində olmaq istəyir.Həmçinin yalnız qalmaq,özüylə söhbət etmək də onun təbiətinin bir parçasıdır.İnsanın ikili xarakter yaratması,digərlərinə daim xoşbəxt kimi görünüb,öz dünyasında melanxolik olması nədəndir?Anlaşılmamaq,bəyənilməmək yoxsa sevilməmək qorxusundan?)
Canterville Hortlağı hekayəsi ən sevdiyim hekayələrdən biri oldu.Həm güldüm,həm də kədərləndim.Pis insan yoxdu əslində,pis olmağı seçən və ya seçmək məcburiyyətində olan insan var.Edilən hər hərəkətin mükafat və ya cəzası mütləq şəkildə bizə geri qayıdır.Məsum,saf,sevgi dolu qəlblər həm ölüləri,həm də diriləri xilas edə bilən yeganə çıxış yoludur
Mesel Milyoner hekayəsində sənətkarları həmdə bir az qəddar olduğunu anlayırıq.Pulun çox şey edə biləcəyini,ancaq hər şeyi ala bilməyəcəyini bariz şəkildə izah edən bir hekayə idi.
Mensur şiirler bölməsində isə əsl Oskar Uayld fırtınası əsirHər detayı,hər cümləsi "ben varım ben" deyir.Mütləq oxumalı,Uayld qələmi ilə tanış olmalısız