Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
·
Puan vermedi
·
18 saatte okudu
Əsəri oxumağa azərbaycan dilində başlayıb,türk dilində davam etdim.Ümidvaram tərcümə sektoru tezliklə inkişaf etməyə başlayar.Əks təqdirdə öz dilimizdə kitab oxuya bilməyəciyik :) Yenə dedektiv janr və yenə mənİstənilən janrda kitab oxuyan biriyəm,ancaq dedektiv janr başqa bir aləmdir.Əksər oxuculara görə bu tərzdə olan kitablar insana heç nə qatmır.Onları oxumaq vaxt itkisidir,bunun yerinə şəxsi inkişaf kitabları əla olardı və s. Qətiyyən bu fikirlərlə razı deyiləm.Hər janr kimi dedektiv janr da insan mənəviyyatını zənginləşdirir.İlk növbədə sərhədləri qırır.Zəncirlənmiş xəyal gücü hərəkət etməyə başlayır.Məntiqi təfəkkür,analiz etmə bacarığı formalaşır.Hadisələrə daha fərqli və geniş bir perspektivdən baxmaq kimi şans yaradır.Gözlənilməz gedişatı ilə təsəvvür ediləni alt üst edir.Həyəcanlandırır,düşündürür.Daha nə etsin elə deyil?)
Agatha Christie
Agatha Christie
tərzini çox sevdiyim dedektiv yazıçılardan biridir.Əvvəllər yaratdığı cinayətkar obrazları heç cür tapa bilmirdim.İndi az da olsa yaxınlaşıram :) Bilmirəm məlumatınız var mı,Aqata Kristi müharibə dövründə tibb bacısı olaraq fəaliyyət göstərib.Ona görə də dərmanların tərkibinə,farmokologiya və kimyaya çox yaxşı bələddir.Əksər kitablarında cinayətin zəhərlər vasitəsilə işlənməsini də bu mükəmməl biliyinə borcluyuq)
Acı Kahve
Acı Kahve
kitabını ümumi götürsək sevdim.Lakin digər əsərlərinə nəzərən bir az sönük qalıb məncə.Buna baxmayaraq həyəcanladırmağı və oxucunu kitaba kilidləməyi bacarıb. SPOİLƏR Kitab məni "ailə münasibətləri" mövzusunda xeyli düşündürdü doğrusu.Klod Emori necə bir adam idi ki,öldükdən sonra ən yaxınları belə onun ölümünə sevinirdi?Necə deyərlər alim olmaq asandır,insan olmaq çətin.Mənə görə əvvəlcə ailə daha sonra peşə sevgisi gəlməlidir.Mükəmməl bir elm adamı ola bilər,ancaq yaxşı bir ata olmadıqdan sonra bunun bir əhəmiyyəti qalır məgər?Ailə sevgisi görməyən uşaqlar daha sonra həyatda səhv etməyə daha meyilli olurlar.Ayrıca Klod Emori necə bir insan idi ki,yaratdığı formulu dövlətə verməyə razı olurdu?Təbii ki,indiyə qədərki bütün fiziklər həm həyat xilas edən,həm də məhv edən müxtəlif kəşflər ediblər.Lakin atom,hidrogen bombasını kəşf etmiş alimlər belə bunu dünyaya bildirdikdən sonra peşmanlıq duyublar.Çünki,"insan" deyilən varlıq heç vaxt azı ilə yetinməyi bacarmır.Həmişə daya çox,daha çoxunu istəyir... Ayrıca stereotiplər ən incə detayları ilə mükəmməl şəkildə vurğulanmışdı.Fransa-İtaliya arasındakı o incə söhbət rişxəndləri də diqqətimdən yayınmış deyil. İnsanlar hələdə bir insanı ailəsinə görə dəyərləndirə bilir.Ailəsi "yaxşı" deyilsə,deməli övlad da yaxşı deyil düşüncəsi 21.əsrdə hələdə hökm sürməkdədir.Lucia bunun ən yaxşı nümunələrindən biridir.Anasına görə utanan,sevdiyi adamı itirməkdən qorxan Lucia... Barbara və Caroline Amory obrazları arasındakı fərq yaşlı və gənc nəsil arasındakı fərqləri bariz şəkildə göstərir. Dedektiv Pauro'nun zəkası və hər şeyə soyuqqanlı şəkildə yanaşmasıAyrıca soyuqqanlı olduğu qədər də mərhəmətli idi Pauro... Riçard və Lucia arasındakı məhəbbət kitaba bir ayrı rəng qatırdı :)
Acı Kahve
Acı KahveAgatha Christie · Altın Kitaplar · 20187,6bin okunma
·
35 görüntüleme
Doğavekitap okurunun profil resmi
👏👏👏 Elinize sağlık. Poirot yine yapacağını yapıyor :) #kitapseverlertakiplesiyor #dogavekitap #dogavekitapankara Yorumum için blog siteme bakabilirsiniz 👇👇👇 dogavekitap.wordpress.com/2024/03/28/aci-...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.