Gönderi

Vəfa Qəribli bir yorumu yanıtladı.
168 syf.
·
Puan vermedi
·
Beğendi
"Anneler bazen fazlaca baskıcıydı ama çocukların hepsi baskı altına alınmaya göz yummuyordu." - Görünürdə isə psiko qəhrəmanımız Norman Bates bu fikrin tam tərsini yaşayırdı. Gothic janrında olan Sapık əsəri əslən real hadisələrə dayanılaraq 90 ci illərin dillərdən düşməyən seriyalı qatili Ed Gein'ə xitabən yazılıb. Qatilimizi canlandıran Norman Bates'in uşaqlığına qədər uzanan psixoloji yaşantısı özündən savayı bir kimsənin diqqət mərkəzində olmayıb. Bütün arzu və istəklərini heçə sayan anasının Norman'a yaşatdığı travmanın səbəbi, ən qorxulu sirrə çevrilmişdi. Hansı ki, uzun illərlə Normanın vicdan əzabını bir nəbzə belə azaltmayıb. Əsərin psixoloji yöndən oxucuya çatdırılması vacib bəzi mesajlardan biri də valideyn övlad münasibətləridir. Bu hekayədə şiddətin rolu psixoloji basqıdan yol alaraq xəstə ruhlu qatilin yaranmasına təkan olar və burda valideynlərin də payı az olmaz. Norman'ın yaşlı, baxıma möhtac anasına olan məsuliyyəti onu "Bates Hotel"ə məhkum edər və 20 ilə yaxın sirrin pərdəarxasında baş verənlər qurbanlarına hotelin qapılarını açıq qoyar.
Sapık
SapıkRobert Bloch · İthaki Yayınları · 2020599 okunma
·
274 görüntüleme
Yusif əhmədzadə okurunun profil resmi
Öne Çıkan Yorum
Möhtəşəm kitab idi.hər bir cümlə bir məna ifadə edir.
bookss okurunun profil resmi
Qorxuducu kitabdı? Maraqlı da gəldi , amma qorxu varsa , deyə də çəkindim 😂
Vəfa Qəribli okurunun profil resmi
O dərəcədə qorxulu deyil, sadəcə düşündürücü tərəfdən psixoloji yönü daha çoxdu, rahatlıqla mütaliə edə bilərsiniz. Beyeneceyinize əminəm.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.