Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

392 syf.
10/10 puan verdi
·
29 günde okudu
Ah, Martin. Mən necə yanmayım, axı sənə? Sən necə dürüst, ağıllı bir insan imişsən. Sən əsl xoşbəxtliyə layiq idin. Rufdan nə qədər zəhləm getdiyini isə izah edə bilmərəm. Ruf onun xəyallarına, arzularına güvənmirdi. Amma mən güvənirdim nədənsə)) Ruf ona heç layiq deyildi. Elə hey onu dəyişdirməyə çalışdı. Martinin dostu Bressenden onun yanında durdu. Ona məşhurluqla bağlı fikirlərində tərəfdar olmasa da, o, əsl dost idi. Düşünürəm ki, bəlkə də, bu hadisələrin sonunu gördüyü üçün İdeni bu yoldan çəkindirməyə çalışırdı. Martinin əzmi, dürüstlüyü elə onu həmin məqama çatdırdı. Qarşısına qoyduğu məqsədin sonunun nə ilə nəticələnəcəyini düşünməsə də, hədəflərinə irəlilədi. Martinin düşüncələrinin türkcə desək, necə də "olgun" olduğu adamı vəcdə gətirirdi. Lakin sonda gözləmədiyim və istəmədiyim şeylər oldu. Heç istəməzdim, heç. Sən daha yaxşı şeylərə layiq idin, Martin. Bu kitab "Dorian Qreyin portreti"ndən sonra ikinci favorit kitabım oldu. Səninlə tanış olmaq çox xoş oldu, Martin..
Martin İden
Martin İden
Jack London
Jack London
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201790,5bin okunma
·
1 artı 1'leme
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.