Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

393 syf.
8/10 puan verdi
·
Beğendi
Yanlış seçimlər
İçinə yatmayan hər hansı münasibət sonra peşman olaram deyə başlamaq özü ilk peşmanlıq ola bilər. Əsər bir az da bunu göstərir. İstanbuldan Anadoluya gəlin köçən bir qadının həyatında ola biləcək ssenarilərin özeti kimi də baxa bilərsiniz kitaba. Bir tərəfdə şəhər mühitinin gətirdiyi özgüvən, digər tərəfdən adətlərin gətirdiyi əzici aura arasında sıxışıb qalan cütlüyün dramatik hekayəsi də demək olar. İstənilən halda ailəyə edilən müdaxilə hər zaman neqativ nəticələrlə yekunlaşır. Ailə iki nəfərin qurduğu bir sistemdir. Təəssüflər olsun ki, bizim coğrafiyada ailələr özlərini bu işin baş rolu kimi aparmaq həşirindədirlər. Öz həyatlarını yaşamamış travmatik bir kütlənin hər şeyi növbəti nəsil üzərində planlaması insan həyatını cəhənnəmə çevirmək üçün yetərlidir. Elədiyiniz güzəştlər hər zaman sizə yara olaraq geridönüş edəcək. Kitabın digər verdiyi dərs yerində və zamanında reaksiyanı göstərməklə bağlıdır. Bunun ağır nəticələri isə əsər sonunda bizi hüzünləndirir. Kitab sadəcə bir roman kimi görünə bilər. Ancaq bir az dərinə düşəndə insanların yaşadığı tragediyanı çılpaqlığı ilə göz önünə sərir. Evlənmədən öncə hər kəs oxumalıdır məncə.
Piraye
PirayeCanan Tan · Doğan Kitap · 201644,4bin okunma
·
1 artı 1'leme
·
154 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.