Gönderi

9/10
·335 syf.··
Beğendi
·
2024 6. kitabı
·
10 günde okudu
·
Okunma: 07 Mart 2024 15:44
Səriştəsiz birinin qələmindən çıxsaydı, bəsit bir macəra romanından artıq ola bilməyəcək bu əsər Cek Londonun əvəzsiz üslubu ilə hətta dünya klassiklərinin bəzilərini kölgədə qoya biləcək səviyyəyə çatmışdır. İnsanın daxili aləmi, düşüncələri, hissləri kimi mücərrəd anlayışları bu qədər mükəmməl tərzdə qələmə almağı bacaran yazıçı bu əsərdə o qədər dərin obrazlar yaradıb ki, bütün əsər başdan-sona onların dialoqları və monoloqları üzərinə qurulsaydı belə, oxumağa dəyərdi. Əsər isə olduqca dolğundur. Heyrətamiz güc, bu gücün qarşısında əzilənlər, savaşanlar, məğlub olanlar, sayəsində öz ayaqları üzərində durmağı bacarmağı öyrənənlər, əxlaqi dəyərlər və onlarla mühitin yaratdığı məcburi vəziyyətlərin çəkişməsi, nifrət və mərhəmət, qorxu, məhəbbət, yaşamaq eşqi və bunun uğrunda əbəs yerə olub-olmamasından asılı olmayaraq mübarizə. Əsərdə, demək olar ki, yox yoxdur. Və onu oxuduqca, belə fərqli bir baş obrazı tanıdıqca, bir daha "niyəmi Cek London?" sualının cavabı öz-özünə aydınlığa qovuşur.
Dəniz CanavarıJack London · Qanun Nəşriyyatı · 20218,2bin okunma
·
115 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Bilənlər bilməyənlərə desin ki : ƏDƏBİ TƏNQİDÇİ AYTAC XANIM YUSİFOVA YENİ MƏQALƏSİNİ HAZIRLAMIŞDIR. Diqqətinizə görə təşəkkürlər
Aytac Yusifova
Gönderi Sahibi
Təşəkkürlərr 🥰🥰