Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

214 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Heil Hitler!"
"Hitler'in canı cehenneme ama size iyi günler dilerim!" Gözəl, təsirli bir kitab oxuyub bitirdim bu gün. Təsadüfən qarşıma çıxan və adı diqqətimi cəlb edən bu kitab II Dünya Müharibəsi ərəfəsində Vyanaya işləmək üçün gələn gənc Franzın həyatından, o dövrdəki çətinliklərdən, yəhudilərə qarşı edilən amansızlıqlardan bəhs edir, müharibənin astanasında ikən insanların həyatını, yəhudilərin "Gestapo" tərəfindən təqib edilməsini və s. hadisələri təsvir edir. İmkansızlıq üzündən uzaq qəsəbədən Vyanaya işləmək üçün gələn gənc Franz tanış birinin tütün dükanında köməkçi - "tütüncü çırağı" olaraq işə başlayır və bundan sonra başlayır Franzın həyatındakı əhəmiyyətli hadisələr; dükanın daimi müştərisi olan məşhur həkim Siqmund Freydlə dostluq, ilk eşq, ilk ayrılıq, qəddar hakimiyyətin gətirdiyi bəlalar, sırf yəhudilərə jurnal satdığı üçün "Gestapo"nun həbs etdiyi dükan sahibinin öldürülməsi, yəhudi olduğu üçün Vyananı tərk etməyə məcbur olan Siqmund Freydin ayrılığı... "Sahi kaç veda kaldırabilir insan. Tahmin ettiğinden çok daha fazlasını belki. Belki de tek birini bile değil..." Yalnız qalan Franzın başına nələr gəlir, həyata necə davam edir oxuduqca şahidi oluruq... Dərin, təsirli fikirlər, ifadələrlə zəngin bir kitabdır. Franzın anasına, anasının ona olan məktublarını, Siqmund Freydlə söhbətlərini xüsusilə sevərək oxudum.
Tütüncü Çırağı
Tütüncü ÇırağıRobert Seethaler · Jaguar Kitap · 20211,169 okunma
·
161 görüntüleme
Möcüzə okurunun profil resmi
Hər zaman ki, kimi gözəl təhlil etmisən👍
Vəfa Hafiz okurunun profil resmi
Gözəl günlərin olsun.☺️❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.