Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
8/10 puan verdi
Kitabın adı ilk oxuduğum dəqiqələrdən elə məni düşündürürdü. Niyə yazıçı bu adı seçib? Sonlara yaxın niyəsini anladım. Merso özünü bu dünyaya yad hiss edirdi. Onda artıq həyat eşqi qalmamış idi. Ona görə də bəzən nəyi niyə etdiyini də anlamırdı. Əslində bu, mənə görə, psixoloji narahatlıqdır. Ola bilməz ki, insan həyatdan doysun, bezsin. Amma ona bəzən əsəbləşirdim. Çünki Merso ona çox yaxşı davrananlara layiqincə davranış sərgiləmirdi. Əvvəlcə onun eqoist biri olduğunu düşündüm. Əsərin ortalarına yaxın onun xarakterini tamamilə analiz etdim. Düşünürəm ki, Mersonun belə vəziyyətə gəlib çıxmasında nəsə başqa bir səbəb yatır. Sonda isə o, həyatın mənasını, xoşbəxtliyi başqa bir şeydə gördü. Lakin öz sonunu özü hazırladı. Bu cür pessimist olmağı o seçmişdi. Elə həyatının sonunu da. A.Camusdan oxuduğum ilk əsər idi. İnsanı düşünməyə vadar edən tərzdə qələmi var imiş.
Yad
Yad
Albert Camus
Albert Camus
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,6bin okunma
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.