Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1000Kitabb bir yorumu yanıtladı.
Sevdiyiniz şeirləri gözləyirəm 🤗
·
2 artı 1'leme
·
491 görüntüleme
Qara Xəfiyyə okurunun profil resmi
Öne Çıkan Yorum
Alışıb yanardım köz istəsəydin, Bir nəğmə olardım söz istəsəydin, Məni görmək üçün göz istəsəydin, Kor qalıb verərdim gözümü sənə, Sevdirə bilmədim özümü sənə. ~Nüsrət Kəsəmənli
1000Kitabb okurunun profil resmi
Çox gözəl ifadə olunub)
Bu yorum görüntülenemiyor
Z❦︎ okurunun profil resmi
Ramiz Rövşən ~ Ayrılıq Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla!...
Əliyeva Günay okurunun profil resmi
Sevgilər Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var…
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Fatima Mhrremova ♡ okurunun profil resmi
Belə çoxdu, amma ən çox bu şeiri bəyənirəm #207387222 💚
Ays okurunun profil resmi
Həsrətin yanğısı sərtdir, Dözmək olmur, qiyamətdir Yoxluğun elə bir dərddir Nə öldürür, nə yaşadır..
Məlik Cahan
Məlik Cahan
🤍
Fidan Məmmədli okurunun profil resmi
Aşkın Ekim'i, Kasım'ı olmaz ki... Ilık bir Ekim sabahında, ayaz bir Şubat akşamında, ya da Temmuz güneşinde sevemez miyim seni? Severim... Hem de çok...
Cemal Süreya
Cemal Süreya
Fidan Məmmədli okurunun profil resmi
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan, Kirpiyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm, səndən küsmərəm!   El içində bizə derlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
1000Kitabb okurunun profil resmi
Bu Mikayıl Müşfiqdən ən çox sevddiyim şeirdir 💙
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.