Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
Demişdim ki, əvvəllər oxuduğum kitablar haqqında da incələmə paylaşacam. Buna "Balaca Şahzadə"əsəri ilə başlamaq istədim. Kiçik yaşlarımda oxumuşam bu əsəri. Düzdür çoxu hissələr indi tam yadımda olmasa belə məndə yaratdığı hisslər, mənə öyrətdikləri çox gözəl və əvəzolunmaz idi. Yaxın vaxtlarda 2-ci dəfə oxumağı düşünürəm. Məncə indi oxusam daha yaxşı anlaya biləcəm Balaca Şahzadənin bizlərə çatdırmaq istədiklərini...Kitabın o qədər fərqli bir aurası var ki, bunu sözlərlə tam ifadə etmək mümkün deyil. Qısacası, Balaca Şahzadə uşaqları heç vaxt anlaya bilməyən böyüklərə doğrunun nə olduğunu göstərir əslində. Böyüklər uşaqların istəklərini unudur bəzən, onların da bir fərd olduğunu unudur. Əsərdəki başlıca problem budur...Mən kitabı oxuyanda Balaca Şahzadənin dünyasına heyran olmuşdum. Və düşünürəm ki, bu kitabı oxuyanda insan yenidən uşaqlaşır, sanki üzərimizə qəribə bir uşaqlıq məsumiyyəti çökür... Bu kitab mənim ən sevdiklərimdən biridir. Mənim üçün mənası da çox dərindir bəzi səbəblərə görə. Və hər zaman da mənim "əvəzolunmazım" olaraq qalacaq...
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Altun Kitab · 2015234,2bin okunma
·
50 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.