Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

128 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitabın adını bəlkə siz də eşitmisiz. Son günlərdə o qədər məşhur olub ki, demək olar hər gün qabağıma çıxır. Mən bunu çox əvvəllər oxumuşdum. Və deyim ki, bu qədər tanınmağı həqiqətən haqq edir. Elə kitablar var, onları bitirdikdən sonra bir müddət oturub boş-boş divarı izləyirsən. Bax bu kitab onlardan biridir. Kitabda Dorian adlı çox yaraşıqlı bir gəncdən bəhs edilir. Bəli çox yaraşıqlı çünki elə bütün başına gələnlər də bu yaraşığa görə olur. Dorian günlərini kef məclislərində keçirir, pullarını əyləncələrə xərcləyir. Və özünü həddindən artıq bəyənir. Bir gün ona portreti hədiyə edilir. Kimin hədiyə etdiyi dəqiq yadıma gəlmir amma bir rəssam dostu idi səhv etmirəmsə. Dorian portretə baxır və ona heyran olur. Evinin ən gözəl guşəsində qoyub hər gün ona baxır. Bir müddət keçdikdən sonra bir şey fərq edir. Portretin üzündə kiçik qırışlar görür. Buna əvvəlcə əhəmiyyət vermir amma portret hər keçən gün qocalır. Dorian buna dözə bilməyib portreti malikanəsinin ən qaranlıq otağına aparıb gizlədir. Üzərini də örtür. Bir gün Dorian portretə baxmağa gedir və çox qəribə bir şey görür.... Əsərdən çox yaxşı nəticələr əldə etmək olar. Ínsanın içindəki eqoistlik, özündənrazılıq bundan daha gözəl təsvir edilə bilməzdi. Mən oxumağı hamıya tövsiyə edərdim. Xoş mütaliələr!
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Altun Kitab · 072,7bin okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.