Gustave Flaubert - 19-cu əsr fransız yazıçısıdır. Onun cəmiyyətdəki din, əxlaq mövzularına olan realist yanaşması ilk romanı olan “Madame Bovary”də əks olunmuş və dərc olunduğu andan ciddi çaxnaşma yaradaraq qadağan olunmuşdu. Bununla da o, realizm axımının öncüsü hesab olunmuşdur. Həmçinin üslubu ilə müasir romanın qurucularından sayılır.