Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Uinston kölgəli cığırla gedirdi. Budaqların bir-birinə çatılıb tağ əmələ gətirmədiyi yerlərdə arabir günün qızılı rəngə çalan parlaq işığına çıxırdı. Sol tərəfdə ağacların altı başdan-başa zəngçiçəyi ilə örtülmüşdü. Hava elə bil insanın dərisini tumarlayırdı. Mayın ikinci günü idi. Meşənin dərinliklərindən alabaxtaların monoton çığırtısı eşidilirdi Cığır tədricən genişləndi. Zəngçiçəyi elə sıx bitmişdi ki, tapdalamamaq mümkün deyildi. Uinston dizi üstə çöküb çiçək dərməyə başladı. Həm vaxtı öldürmək lazım idi, həm də qız gələndə sürpriz eləmək gözləmədiyi halda ona çiçək dəstəsi vermək fikrinə düşmüşdü. Az qala bir qucaq zəngçiçəyi yığmışdı. Onları burnuna yaxınlaşdırıb başgicəlləndirici tünd ətrini sinəsinə çəkmək istəyirdi...
Sayfa 162 - QanunKitabı okudu
·
141 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.