Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Platon sağ olsaydı, bir az da irəli gedib, dövlətin təkcə ataların yox, anaların da qayğılarını öz üzərinə götürməli olduğunu irəli sürərdi. Mənə gəlincə, nə dövlətin vurğunuyam, nə də yetim evlərində yaşayan uşaqların durumu ürəyimcədir, ona görə də belə bir utopiyanın gerçəkləşəcəyini ummaqdan da uzağam. Bundan başqa da iqtisadiyyatdakı dəyişikliklərin belə bir nəticəyə gətirəcəyi də, məncə, inandırıcı deyildir.
·
188 görüntüleme
Tariyel okurunun profil resmi
Platonun "Dövlət" kitabında Qadına həm hərbi baxımdan həm də iqtisadi baxımdan önəmli rollar verilirdi. Yazarın bu fikri böyük ehtimal qeyd olunan fikirlər əsaslıdır. Hər sosial nizam yaratmağa çalışan kitablar kimi nəzəri olaraq düzgün, teorik olaraq insan təsirindən mənfiyə getmiş bir fikirlər toplusu olubdur. Sonda olan ümidsizlik bu çarxın hər zaman dövr edəcəyini bilməsindən irəli gəlir məncə.
Möcüzə okurunun profil resmi
Aha, orda da "dövlət" kitabın vurğulamışdı. Bu fikirlə bağlı Russelin bir cümləsidə var. Deyir bütün ölkələrdə təbliğat dövlətin əlinin altındadır və dövlət də yalnız özünün bəyəndiklərini xalqa aşılamağa çalışır. Dövlətin bəyəndiyi isə sabah ölməyi buyurarsa, sizin buna hazır olmağınızdır. Cümləmi çox qarışıq yazdım, anlaşılmazlıq olsa başa düşürəm.
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.