Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bertrand Russell'dən sitatlar
1. Əgər bir nəfərə onun inanmaq istədiklərinin əksinə bir həqiqət desən, o sənin dediklərini araşdıracaq, əgər əsaslı dəlilin yoxdursa, sənə inanmaq istəməyəcək. Yox əgər ona inanmaq istədiklərinə uyğun bir şey desən, heç bir dəlil-sübütsuz sənə inanacaqdır. Bütün inancların əsasını bu təşkil edir. 2. Çox az insan başqa insanlara, millətlərə, fərqli fikirlərə nifrət etmədən xoşbəxt ola bilər. 3. Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur. 4. Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir. 5. İnsan öz həyatının əksər hissəsini planlaşdırmaqdansa hər şeyin zamanın axarına buraxmalıdır, çünki sistemləşdirilmiş bir həyatın sonunda əqli və cismi ölümdən başqa heçnə yoxdur.
Bertrand Russell
Bertrand Russell
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.