Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

23 syf.
9/10 puan verdi
·
Beğendi
"29045"
Kitabı proqramda gördüm və adı mənə çox maraqlı gəldiyinə görə elə həmin gün pdf-ni yüklədim. Az olduğundan təxminən yarım saata oxuyub bitirdim. Qısa olmasına baxmayaraq çox maraqlı və insanı düşünməyə sövq edən bir əsər idi. Hər şey telefon butkasında təsadüfi bir nömrənin yığılması ilə başlayır. Sonra zaman keçdikcə yığdığı nömrənin sahibi Rüstəmə doğmalaşır, onu sevir bəzən də qısqanır. Bir müddət danışırlar lakin əlaqələrinə son verməli olurlar çünki Mədinə Seymuru seçir. Əslində mən Mədinədə bir günah görmədim çünki Rüstəm hər şeyi ona əvvəlcədən danışsaydı bu qədər yalanlara, oyunlara da ehtiyac qalmazdı. Əksinə məncə hər ikisi daha xoşbəxt olardı. Bilmirəm buna görə onların hansını günahlandırım: Rüstəmi yoxsa Seymuru... Bir az qarışıq hisslər yaradır insanda, qeyri-adi bir mövzuya malikdir. Oxunmağa dəyər bir əsərdir. Onsuz belə də vaxt aparmır və bu vaxta da dəyir məncə. Tələsik yazsam da ümid edirəm çatdıra bildim fikirlərimi sizə. Hər birinizə xoş mütaliələr!!
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0177 okunma
·
488 görüntüleme
•Cafune okurunun profil resmi
İncələməniz diqqətəlayiqdir🌹Oxuncaqlara əlavə olundu💫
aliyva.n okurunun profil resmi
Təşəkkür edirəm☺️✨Xoş mütaliələr!
1 sonraki yanıtı göster
Fatima Mhrremova ♡ okurunun profil resmi
Tələsik yazsanız da fikirlərinizi çatdıra bilmisiz. ❣️
aliyva.n okurunun profil resmi
faydası toxunursa nə xoş mənə☺️✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.