Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qalmasın
Uçuruma düşənə uzanmaz əlin Gözün saxta axan yaşı qorxulu. Ötəri yanından keçən əcəlin, Arxadan atılan daşı qorxulu. Ürək dediyinə dilin uyuşmaz, Kimsənin ahına ötəri baxma. Ömrünün qocalıq astanasında, Nə bir imdad dilə, nə geri baxma. Tökülər məzara ömrün axını, Durar məzar daşın bir nida kimi! Küsüb bu dünyadan köçüb gedərsən, Kiməsə dediyin əlvida kimi. Bir gün qalmayacaq bir ümid yerin, Sönəcək gözündə şirin xəyallar, Dünyadan kəsilən hər ümidlərin, Ölümə calanan düyünləri var. Söndür ürəyində yanan qəzəbi, Zərər gətirəsi közü qalmasın. Sol çiynin üsdündə duran mələyin, Bəhanə gəzməyə sözü qalmasın.
Sayfa 79 - Şəfaqət ƏləsgərovaKitabı okudu
·
260 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.