Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

517 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
“Martin Eden bir bireyciydi, bense bir sosyalist. İşte bu yüzden ben yaşamaya devam ediyorum ve işte bu nedenle Martin Eden öldü. Bu kitap bireyciliğe bir saldırıdır. Martin Eden, başkalarının ihtiyaçlarının farkına varmayan gerçek bir bireycidir. Hayalleri kaybolduğunda, uğrunda yaşayacağı hiçbir şey kalmaz”
Jack London
Jack London
İncələməyə elə yazarın kitab haqqındakı sözləri ilə başlamaq istədim.. çünki başqa necə başlamaq olardı bilmirəm. Düşüncə və hissləri yazıya tökmək nə qədər çətindir.. Oxumaq üçün bu qədər zaman gözlədiyimə görə peşman olduğum bir kitab oldu
Martin Eden
Martin Eden
. Heyranlıq, üzüntü, xəyal qırıqlığı, əsəb, mərhəmət, ama ən əsası həyatı biraz daha düzgün yorumlama bacarığı qazanma. Hissetdiklərim və qazandığım bunlar oldu. Əlinə kitab almayan birinin belə oxumalı olduğu və insana oxuma sevgisi qazandırıb bu dünyanın qapılarını onun üçün açacaq olan bir kitabdır məncə. İlk cümlədən də anlaşılabiləcəyi kimi əsər
Jack London
Jack London
’un yarı otobioqrafik romanıdır. Martin və Jack London arasındakı əsas fərq isə idealojiləridir. Əsəri bitirdikdə ağlımda sayısız suallar dolanmağa başladı- görəsən Mart bele deyil başqacür davransa idi necə olardı. Görəsən başqa səbəblar eyni nəticəyə gətirərdi mi?! Londonun və Marinin çətin və sıxıntılı həyatını oxuyuduqca ( ən çox da yazmaq üçün yuxusuz, ac qaldığı o günləri) görürəm ki heçnə təsadüfən yaşanmır. Böyük bir yazar olmaq üçün, bütün dünya tərəfindən sevilən bir əsəri yaratmaq üçün o həyatı yaşamaq vacib idi. O çətinliklər, o varolşsal sıxıntılar, xəyal qırıqlıqları və Ruth. [spoiler] Olayların təməlində Martin və Ruth arasındakı hisslər yatırdı. Adına sevgi dediyimiz o hisslər. Qarşılıqlı yaşanan ama iki tərəfin tamamən fərqli yaşadığı o hisslər… bəzən insanı dünyanın ən xoşbəxti edib, bəzənsə dərin uçuruma itələyən hisslər. Oxuduqca düşünürdüm Martin nə tapıb axı bu qızda, niyə sevir onu bu qədər? Niyə bu qədər gözündə böyüdüb sanki sitayiş edir ki ona? Yəgin ki “aşkın gözü kördür” dedikləri bu idi. “Aşka tapıyordu. Aşk vadisinin ötesindeki dağların zirveleriydi aşkın memleketi.” Bu sevgi idi onu ucaldan, həyatı, dünyanı, insanları anlamaq üçün oxumağa öyrənməyə vadar edən. Onu bir “bilgi acı”na çevirən. Yüksələrək zirvəyə çatdıqdan sonra isə sürətlə yerə çırpan da bu sevgi idi. Sevgilisini qazanmaq, ona laiq olmaq üçün qarsısına bir məqsəd qoyan bu böyük aşiq, o məqsədə ən yaxşı şəkildə nail olduqdan sonra dünyanın ən xəşbəxti olmalı ikən bu olanlar nə idi? Gözündəki pərdənin qalxması, həyatı gərçəkdən anlamaq, aydın şəkildə görmək idi. Anlamsızlığı anlamaq idi.
Friedrich Nietzsche
Friedrich Nietzsche
’nin “üstinsan”ı olmaq. Üzücü olan da bu idi. Anlamaq üçün özünə ətrafına verdiyi suallar. “Mən dəyişməmişəm, eyni Martinəm, ama niyə məni aclıqdan ölməyə məhkum olmuş ikən yox, indi evinizə dəvət edirsiz, indi sevgi göstərirsiz, indi hörmət edirsiz?” Bu ikiüzlülük, sadecə pula və ad sana hörmət etmək idi. Martin də bunu anladı. Heçkəs yox, yolunda bu qədər əziyyətlər çəkdiyi, mücadilə verdiyi insanin Ruth’un da həmin insanlardan birinə çevrilməsi də son nöqtə oldu. Həyatı tamamen anlamını itirdi. Yaşama həvəsi bir türlü üzə çıxmadı. Zirvəyə qoyduğun məqsədə çatmaq üçün aclıq, səfalət, yuxusuzluq çəkmək. Amma sonda hərşeyin boş və mənasiz olduğunu anlamaq. Martinin yaşadığı bu idi. Mənə özünü sevdirən bir yan qəhrəman oldusa o da Brissenden idi. Onun sonuna isə ən az Martin qədər üzüldüm desəm yalan olmaz.
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202390,5bin okunma
·
1 artı 1'leme
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.