Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Xoşbəxtlik ayaqların altında ikən bunu dərk etmək,əyilib onu yaxalamaq üçün cəsarət və qətiyyət göstərmək...və bir daha buraxmamaq.Bunu ancaq ürəyin ağlı ilə etmək olar.Ürəyin ağıldan məhrum bir ağıl məntiqdir və onun o qədər də əhəmiyyəti yoxdur. Bəzən istəklərimizin,arzularımızın və ya da çılğınlıqlarımızın qarşısında aciz qalırıq.Bu isə həmişə adamı dözülməz çətinliklərlə baş-başa qoyur.Bu hiss adamı bütün həyatı boyu izləyir;bəzən unudulur,bəzən də qarabasmaya çevrilir.Yaşamın qızıl qaydalarından biri də odur ki,gərək öz gücsüzlüyünün öhdəsindən gələsən.Bu isə çox çətindir,çünki gücsüzlük qorxu doğurur.O bizim hərəkətlərimizi,şüurumuzu və hisslərimizi məhv edərək zəifliyə yol açır.Ona qarşı mübarizə apar,ancaq heç vaxt uzun-uzadı tərəddüd etmə.Düşün,qərar ver və hərəkətə keç!Şübhələrə yer vermə.Öz seçiminin məsuliyyətini daşıya bilməmək insan həyatını zəhərləyir. Ən gözəl xatirələr birlikdə həyata keçirilən arzulardan doğur.Təklik qəlbin qurduğu bir bağdır.Orada çiçəklərin ətri olmur.Məhəbbətin gözəl dadı var,hər zaman bir şeyi xatırla,nəsə almaq üçün nəsə vermək lazımdır.Bil ki,sevə bilmək üçün hər zaman özün olmalısan. Bizin hər birimizin öz dünyamız var.İki varlığın yanaşı yaşaya bilməsi üçün sadəcə bir-birini sevməsi kifayət deyil,onlar bir-birinə uyğun olmalıdırlar.
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.