Martin Eden
Puan vermedi·517 syf.··
Beğendi
·
2024 23. kitabı
·
92 günde okudu
·
Okunma: 13 Nisan 2024 01:17
“Oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsmırsa,niyə oxumağa əziyyət çəkək ki?!” Analizimə Kafkanın sözləriylə başlamaq istədim. Çünki “Martin Eden” o əsərlərdəndir ki,saatlarla divara baxıb həyatı sorğuladacaq və digər obrazlarda zaman-zaman özümüzü görəcəyik. “Martin Eden” Jack London həyatından izlər daşıyan avtobioqrafik romanı. *Spoilər* ““Ait olduğu yeri bulamamıştı” Əsərin ilk hissəsi Martinin eşqi və “mən” i uğrunda mübarizəsini və arayışını görürük. Burda hər ikisini eyni tərəziyə qoyuram,çünki Martin sevgisi üçün özündən də imtina etmir. Bunu biz Ruthun istədiyi kimi bir vəzifə sahibi olmağı rədd etməsindən anlayırıq. Onun istədiyi sadəcə Rutha sahib olmaq deyildi,bir yazıçı olaraq onla bərabər olmaq idi. Çünki öz zənində Ruthu ilahiləşdirmişdi. Və ilahiləşdirdiyi qadının mərtəbəsinə bir yazıçı olaraq çatacağını düşünürdü. “İnsan ömrünü iki kere iki peşinde geçirir,bu uğurda denizler aşar,hayat harcar, fakat yemin ederim, arayıp gerçekten elde etmekten korkar” Dostoyevski Yeraltından notlardan bu sitatla Martinin arayışı və üzləşdiyi gerçəkliyi ifadə edə bilərik. Martini hər nə qədər əzm və uğur hekayəsi olaraq görsək də mənə görə, O hər şeyini qazanaraq itirmişdi. Başda alt sinifdən olan bu insan sonda nə burjuada,nə də alt təbəqəfən olan insanlarla anlaşmır,çünki aidiyyat hisini itirmişdi. Eden macerapərəst və bir az da həyatı qaçış marafonu kimi yaşayan biri idi və o kamillik mərtəbəsinə yüksəldikcə,qarşısına yeni qapılar açılırdı,ancaq o bu “irəliləmənin”yanında öz içinə doğru yuvarlandığının fərqinə varmırdı hələ ki. “Bir sürü kitap okudu,ama içindeki huzursuzluk azalmak yerine daha da büyüdü” *Martin və eşqi* Ruthu Martinə yaxınlaşdıran nə idi? Buna xüsusi bir mötərizə açmaq istəyirəm. Ruthun Martinə sevgisini zaman zaman sorğuladım, ona 2 il zaman verməsindəki səbəblər,ətrafında istədiyi qəlibdən insanlar varkən niyə Eden? Ruth Martinin ona olan eşqinin fərqində idi,belə bir sevgi Edenin deyimiylə “daşı belə əridərdi” Bəzi səhnələrdə ondan utandığı, davranışında və danışığındakı kobudluqlar və xətaları düzəltməyə çalışması amma həm də eyni xüsusiyyətlərdən ötürü ondan xoşu gəldiyini görürük. və Burdakı ziddiyyət. Əslində heç də yad deyil. Ruthun davranışındakı bu ambivalentlik mənə qadın təbiətində olan “bir vəhşini əhilləşdirmək”istəyini xatırladır. Belə bir situasiyada onu istədiyi qəlibə sığışdırmaq Ruthun və qadınlığının qələbəsi olacaqdı. İkinci bir nüans “Təsdiqlənmək” Ruth dar düşüncəli və qəlibləri olan bir qız idi,şübhəsiz özünü,qadınlığını kəşf etməkdən qorxan birinin Martin kimi birini ən az onun qədər dərin və ehtiraslı sevməsi də qeyri-mümkün idi. Brissenden dediyi kimi “seni sevecekler ama kendi küçük ahlakını daha çok sevecekler” Və haqlı çıxdı. *İntihar* Sonluqlardakı intiharlar fərqli anlamlar ifadə edir,belə ki Mersaultun intiharı (hər nə qədər edam olsa da xilas olmaq əlində idi) bir duruş sərgiləmək və üsyan, Gregor Samsanın intiharı (hər nə qədər imtihar olmasa da) öyrənilmiş çarəsizlik, bir qəbullanış idi. Sonda Edenin dənizdə çırpınmağına rəğmən özünə qalib gələrək təslim olmasını mən bir qalibiyyət olaraq şərh etsəm də Jack Londonun bu sətirləri üzərində bir daha fikirləşdim. “Martin bireyselciydi,ben ise sosyalist. Bu yüzden ben yaşıyorum o ise intihar etti” deyərək fərdiliyə “hücum” etmişdir . Martinin intiharı məğlubiyyətə ən çox bənzəyən qalibiyyət idi. Əsərin başlarında Martinin yayınevlərinə yazılarını göndərməsi,hər teleqrafda eyni həyəcanı,ruhdan düşməməsi və məqsədinə çatdıqda isə o bezmişlik,yorğunluq,tükənmişlik Jack London qələmində oxucuya o qədər gözəl çatdırılıb ki,oxuduğum müddətcə onla bərabər yaşadım. Bəzən arzularımıza,illərdir qurduğumuz xəyallarımıza rəğmən çox istəsək də bəzi şeyləri,bir nöqtədən sonra istəmirik və bu belə olmalıdı. Edenin timsalında
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
·
122 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.