Gönderi

10/10
·275 syf.··
2024 26. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Nisan 2024 05:52
"M.C.Bağırov/Baş Tutmamış çevriliş" kitabı Adıgözəl Məmmədovdan oxuduğum ilk kitabdır. Kitabı oxumağımdakı məqsəd M.C.Bağırov-H.Hüseynov münasibətlərini tam şəkildə anlamaq idi. Ancaq bu məsələyə gələnə kimi daha çox önəmli hadisələrlə tanış oldum. Azərbaycanın siyasi idarəsinin rəisi olan M.C.Bağırov şəxsiyyətini bir çox aspektdən tanıdım. Kitabda M.C.Bağırovun AKP MK-nin birinci katibi işlədiyi zaman Respublikadakı ictimai-siyasi vəziyyətdən, onun xalqını qoruma naminə apardığı siyasətdən (Kitabda M.C.Bağırov şəxsiyyətinə heyran qaldığım hissə onun Cənubi Azərbaycanla bağlı fikirləri və atdığı addımlar idi), L.Beriya ilə olan dostluq əlaqələrindən, M.C.Bağırovun Stalinə və Stalinin də Bağırova münasibətlərindən və bunun kimi olduqca önəmli məsələlərdən bəhs edilir. Kitab axıcı və dili rahatdır. Maraqla və sevərək oxuduğum kitab oldu. Baş Tutmamış Çevriliş Adıgözəl Məmmədov
Araştırma-İnceleme Tarih
Baş Tutmamış ÇevrilişAdıgözəl Məmmədov · El-ALliance Nəşriyyatı · 20071 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.