Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Adıgözəl Məmmədov

Adıgözəl MəmmədovKreml Rəhbərlərinin Psixoloji Portretləri yazarı
Yazar
0.0/10
0 Kişi
4
Okunma
0
Beğeni
610
Görüntülenme

Hakkında

Məmmədov Adıgözəl Nuru oğlu 1992- 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində təhsili almışdır.1997 -1998 -ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin bazasında internatura keçmişdi. Bu dövrdən mental və psixoloji portretologiya elmi ilə maraqlanmağa başlayıb. İnsanın psixologiyasinda kifayət qədər irsi, psixofizioloji bacarıqlar şəklində gizli xüsusiy-yətlərin araşdırılması, beynəlxalq münasibətlərdə tarixi şəxsiyyətlərin, dövlət və hökumət başçılarının psixoloji portretlərinə dair tədqiqat işləri aparır. “Beynəlxalq münasibətlərdə mental və psixoloji portretologiya” fənnini tədris edir.Bu fənnin əsas məqsədi müxtəlif dövlətlərin liderlərinin təmsil etdikləri ölkələrin daxili və xarici siyasətinə təsiretmə qabiliyyətlərini müəyyən etməkdir.70-dən çox məqalələri,10-dan çox kitabları var.Xarici ölkələrdə də elmi əsərlərin tərcümələri nəşr edilib. Qərbi Kaspi Universitetində müəllim vəzifəsində çalışır.Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvüdür.
Unvan:
Yazar

Okurlar

4 okur okudu.
1 okur okuyor.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Əslində Leninin beyninin nə ilə iflic olunduğunun sirri Moskvadakı beyin institutunun divarları arasında gizli saxlanılır.
Əslində isə o, ölkə ərazisində müharibəyə çevrilən milli münaqişələrin "qaynar nöqtələri"ni yaratdı. 1990-cı ildə Bakıya da qoşunları məhz Qorbaçov yeritdi. 1990-cı ilin 20 Yanvar gecəsində Qorbaçovun əmrini yerinə yetirərkən, sovet ordusu qoşunları silahsız Bakı əhalisinin qanını tökdürdü.
Reklam
N.Nərimanovun, V.İ.Leninə Stalindən şikayət əsaslı yazdığı məktubdan:
"İ.V.Stalinin tərəfindən edilən haqsızlığa və ədalətsizliyə qarşı mən öz etirazımı bildirirəm. İş o yerə çatıb ki, Stalin Azərbaycanlı kadrlara inanmır. Sizə yox, bəs kimə müraciət edim, yoldaş Lenin? Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlmiləlçiliyi təbliğ edən bir adam millətçi olur, sabiq mouzeristlər beynəlmiləlçi? Çox qəribədir...".
M.C.Bağırov başqa respublikaların rəhbərlərindən fərqli olaraq bu çağırışa cəsarətlə öz etirazını bildirərək bu sözləri demişdi: "Azərbaycan kişisinin alnında namus qırışığı var. Biz qadınları məcburi hərbi çağırışçı edə bilmərik". Stalin Bağırov hikkəsinin qarşısında güzəştə getməyə məcbur olur. Bağırovun bu iradəliliyi və cəsarəti tariximizin silinməz səhifəsidir.
M.Ə.Rəsulzadə öz xatirələrində qeyd edir: "İ.V.Stalin Bakıda inqilabi hərəkət zamanı neftçi işçilərə rəhbərlik edir. Neft sahibklarıarının göstərişi ilə onu diri-diri neft dəryaçasına atmağa hazırlaşırdılar. Mənim sayəmdə bu baş vermir. Sonra isə Bayıl zindanından qaçdıqda ona "Hümmət" təşkilatından yardım edirlər." 1920-ci ilin aprel ayının 28-dən Azərbaycan Demokratik Respublikasının süqutundan sonra M.Ə.Rəsulzadə Lahıc dağlarında gizlənirdi. Bir müddət sonra onu bolşeviklər yaxalayır. Bu vaxt Stalin öz zirehli qatarında Bakıya gəlir, bunu öyrənir və tələb edir ki, onu azad etsinlər. O, Rəsulzadəni əziz qonaq kimi qarşılayır və Moskvada məsuliyyətli bir posta dəvət edir. Sonra Rəsulzadə Fin körfəzindən Finlandiyaya keçir və gizli surətdə Polşaya qaçır. O qeyd edir ki: "Stalin məni xilas etməklə kişi kimi mənə, o vaxt onu xilas etməyimin əvəzitək təşəkkür edirdi. Lakin mən əminəm ki, əgər orada qalsaydım, o məni də yox edərdi."
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
312 syf.
·
Puan vermedi
·
7 günde okudu
Kitabda Kreml rəhbərlərinin psixoloji problemlərindən və bu problemlərin onların siyasi fəaliyyətinə gostərdiyi təsirdən söz açılır. Lenin, Stalin, Brejnev, Andropov, Çernenko kimi şöhrətli SSRİ rəhbərlərinin bir qədər şəxsi həyatları; onların ailəsi, xəstəlikləri, hakimiyyət illərindəki "qara" işləri bir çox tarixi faktlara və sübutlara əsaslanaraq ortaya qoyulub. SSRİ-nin hakimiyyət dövrü ilə maraqlananlar üçün əla kitabdır, maraqlı materiallar var. Kitab orijinal dili - rus dilindən dilimizə tərcümə edilib. Təəssüf ki, kitabın nəşri olduqca uğursuz, demək olar ki, hər səhifəsi orfoqrafik səhvlərlə doludur!
Kreml Rəhbərlərinin Psixoloji Portretləri
Kreml Rəhbərlərinin Psixoloji PortretləriAdıgözəl Məmmədov · Zərdabi Ltd Mmc · 20132 okunma
275 syf.
10/10 puan verdi
·
22 günde okudu
"M.C.Bağırov/Baş Tutmamış çevriliş" kitabı Adıgözəl Məmmədovdan oxuduğum ilk kitabdır. Kitabı oxumağımdakı məqsəd M.C.Bağırov-H.Hüseynov münasibətlərini tam şəkildə anlamaq idi. Ancaq bu məsələyə gələnə kimi daha çox önəmli hadisələrlə tanış oldum. Azərbaycanın siyasi idarəsinin rəisi olan M.C.Bağırov şəxsiyyətini bir çox aspektdən tanıdım. Kitabda M.C.Bağırovun AKP MK-nin birinci katibi işlədiyi zaman Respublikadakı ictimai-siyasi vəziyyətdən, onun xalqını qoruma naminə apardığı siyasətdən (Kitabda M.C.Bağırov şəxsiyyətinə heyran qaldığım hissə onun Cənubi Azərbaycanla bağlı fikirləri və atdığı addımlar idi), L.Beriya ilə olan dostluq əlaqələrindən, M.C.Bağırovun Stalinə və Stalinin də Bağırova münasibətlərindən və bunun kimi olduqca önəmli məsələlərdən bəhs edilir. Kitab axıcı və dili rahatdır. Maraqla və sevərək oxuduğum kitab oldu.
Baş Tutmamış Çevriliş
Baş Tutmamış Çevriliş
Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
Baş Tutmamış Çevriliş
Baş Tutmamış ÇevrilişAdıgözəl Məmmədov · El-ALliance Nəşriyyatı · 20071 okunma