Baş Tutmamış Çevriliş

Adıgözəl Məmmədov
10/10
1 Kişi
1
Okunma
Beğeni
258
Görüntülenme
Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və sonradan AKP MK-nın birinci katibi işlədiyi zaman Respublikadakı ictimai-siyasi vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən bəhs edir. Kitab arxiv materialları əsasında yazılmışdır. Kitabda tariximizin bir sıra qaranlıq məqanlarına aydınlıq gətirilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
280 sayfa

Yorumlar ve İncelemeler

275 syf.
10/10 puan verdi
·
22 günde okudu
"M.C.Bağırov/Baş Tutmamış çevriliş" kitabı Adıgözəl Məmmədovdan oxuduğum ilk kitabdır. Kitabı oxumağımdakı məqsəd M.C.Bağırov-H.Hüseynov münasibətlərini tam şəkildə anlamaq idi. Ancaq bu məsələyə gələnə kimi daha çox önəmli hadisələrlə tanış oldum. Azərbaycanın siyasi idarəsinin rəisi olan M.C.Bağırov şəxsiyyətini bir çox aspektdən tanıdım. Kitabda M.C.Bağırovun AKP MK-nin birinci katibi işlədiyi zaman Respublikadakı ictimai-siyasi vəziyyətdən, onun xalqını qoruma naminə apardığı siyasətdən (Kitabda M.C.Bağırov şəxsiyyətinə heyran qaldığım hissə onun Cənubi Azərbaycanla bağlı fikirləri və atdığı addımlar idi), L.Beriya ilə olan dostluq əlaqələrindən, M.C.Bağırovun Stalinə və Stalinin də Bağırova münasibətlərindən və bunun kimi olduqca önəmli məsələlərdən bəhs edilir. Kitab axıcı və dili rahatdır. Maraqla və sevərək oxuduğum kitab oldu.
Baş Tutmamış Çevriliş
Baş Tutmamış Çevriliş
Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
Baş Tutmamış Çevriliş
Baş Tutmamış ÇevrilişAdıgözəl Məmmədov · El-ALliance Nəşriyyatı · 20071 okunma
Reklam

Yazar Hakkında

Adıgözəl Məmmədov
Adıgözəl MəmmədovYazar · 1 kitap
Məmmədov Adıgözəl Nuru oğlu 1992- 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində təhsili almışdır.1997 -1998 -ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin bazasında internatura keçmişdi. Bu dövrdən mental və psixoloji portretologiya elmi ilə maraqlanmağa başlayıb. İnsanın psixologiyasinda kifayət qədər irsi, psixofizioloji bacarıqlar şəklində gizli xüsusiy-yətlərin araşdırılması, beynəlxalq münasibətlərdə tarixi şəxsiyyətlərin, dövlət və hökumət başçılarının psixoloji portretlərinə dair tədqiqat işləri aparır. “Beynəlxalq münasibətlərdə mental və psixoloji portretologiya” fənnini tədris edir.Bu fənnin əsas məqsədi müxtəlif dövlətlərin liderlərinin təmsil etdikləri ölkələrin daxili və xarici siyasətinə təsiretmə qabiliyyətlərini müəyyən etməkdir.70-dən çox məqalələri,10-dan çox kitabları var.Xarici ölkələrdə də elmi əsərlərin tərcümələri nəşr edilib. Qərbi Kaspi Universitetində müəllim vəzifəsində çalışır.Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvüdür.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.