Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Fil ilində, Rəbiüləvvəl ayının on ikinci gününə təsadüf edən bazar ertəsi səhəri hələ dan yeri yeni ağarmağa başladığı zaman, aləm başqa bir aləm oldu. Cahana nur yayıldı. Kainatın əzəldən bəri müştaq olduğu, göylərin eşqi ilə dövr eylədiyi fəxri aləm Məhəmməd Mustafa doğuldu. Həmin gecənin bənzəri olan başqa bir gecə yoxdur. Kainatın ən əzəmətli hadisəsi bu gecə vaqe olmuşdu. Bütün aləm bu gecəni gözləyirdi. Yəhudilər, xristianlar, kahinlər, Xatəmi Ənbiyanın zühurunu xəbər verirdilər.Bu gecənin sabahı, insanlar üçün təp-təzə bir dövr açılmışdır. Artıq yer üzündən küfr və zülm qalxacaq, şirk və dinsizlik sönəcəkdi. "Bu müqəddəs zühurun səhəri ruhu açan nəş'əli bir sabah, bu ülvi doğuluşun saatı yeni bir dövr idi. Müvərrixlər məhdud hadisələri qeyd edərlər!" Rəsulu Əkrəm doğulduğu gecə Kisranın sarayında on dörd sütun uçdu, Məcusilərin alovları söndü və Sava Gölü qurudu." Həqiqət bu idi ki, yıxılan Kisraların sarayı deyil, bütün İranın səltənət və ehtişamı, Bizansın şöhrəti və Çinin əzəməti idi. Sönən atəş Məcusilərin atəşlərində parlayan alovlar deyil, bütün dünyadakı küfr və dinsizlik atəşi idi. Və quruyan göl Sava deyil, bütpərəstliyin təhəkkümü, Zərdüştlüyün qüvvəti, xristianlığın zorbalığı idi.
Sayfa 35 - Diyanet İşleri BaşkanlığıKitabı okuyor
·
1 artı 1'leme
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.