Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

ŞÜKRİYYƏM ÜÇÜN
Bir gülsən, dərmişəm gənclik bağından, Bir gülü, çiçəyi dərmərəm sənsiz! Kam aldım ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz! Şükriyyə taleyim, şükür Xudaya! Gördüyüm doğrumu, yoxsa pək röya?! Dolub ürəyimə bu dadlı xülya, Şirin günlərimi sürmərəm sənsiz! Əvət, bu sevdanın səfası çoxdur, Sevdasız həyatın mənası yoxdur! Gözlərin yıldızdır, kirpiyin oxdur, Ürək qubar olar - can vǝrǝm sənsiz!.. Şerimin sözüsən, sözün - ahəngi! Üzündə bərq vurur güllərin rəngi! Xəyalın, camalın gözəl çələngi! İlham yetim qalar, ağıl - kəm sənsiz! Gəncə, 1917
Sayfa 18 - QanunKitabı okuyor
··
1 artı 1'leme
·
521 görüntüleme
Şəhla okurunun profil resmi
Bu şeirin ayrı bir qəşəngliyi var🌻🫠
Nahid okurunun profil resmi
Adam sevirmiş, ayrı nə lazım ki 😊🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.