Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Məsuliyyətsiz Tanrılar
Əvvəl qayıq, sonra yelkənli gəmi, daha sonra buxar mühərriki ilə işləyən gəmilər inşa etdik, indi də kosmik gəmilər hazırlayırıq, amma heç kəs hara getdiyimizi bilmir. Biz heç vaxt indiki qədər güclü olmamışıq, amma bu gücdən necə istifadə edəcəyimizi bilmirik. Ən pisi, insanlar həmişəkindən daha çox məsuliyyətsizdir. Öz-özümüzü tanrı elan edən biz insanlar yalnız fizikanın qanunlarıyla hesablaşır və heç kəsin qarşısında məsuliyyət daşımırıq. Digər heyvanların həyatını dəhşətə çeviririk, planetin ekosistemini məhv edirik və bunun müqabilində sadəcə öz rahatlığımızı və əyləncəmizi düşünürük, üstəlik heç vaxt razı qalmırıq. Nə istədiyini bilməyən, narazı və məsuliyyətsiz tanrılardan daha təhlükəli nə ola bilər?
Sayfa 447Kitabı okudu
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.