Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İctimaiyyət arasında çox vaxt valideyn-övlad münasibətlərində yalnız valideynin övlada verdiklərindən,onun uşağı böyütmək yolunda necə əzablara qatlaşdığından söhbət açılır.Dünyaya gəlmiş körpənin öz gəlişi ilə valideynlərinə verdiyi dünya boyda sevinc,fərəh,xoşbəxtlik isə unudulur.Unudulur ki,Nyuton mexanikasının "təsir əks-təsirə bərabərdir" kimi ifadə olunan üçüncü qanunu təkcə fizika qanunu olmayıb,eyni zamanda bütün həyat fəlsəfəsinin əsas qanunlarından biridir.Yəni yalnız mexaniki qüvvələrin yox,bütün həyati proseslərin xarakterini özündə əks etdirir. Bəli,valideyn öz övladına verdiyi qədər ondan alır.Həm də məhz verdiyi qədər alır,artıq,ya əskik mümkün deyil... Bəzən cəmiyyətdə övladları tərəfindən atılmış,yaxud daha pis halda,təhqir olunmuş,fiziki-mənəvi zərbələrə məruz qalmış valideynlərin ağrılı problemləri qabardılır,bütün günah övladların üzərinə atılırdı.Xüsusilə son illər televiziya verilişlərində belə problemlər daha tez-tez gündəmə gətirilirdi.Qasımlı bu tip verilişləri adətən izləmirdi.Lakin rastına çıxan belə məqamlarda acınacaqlı duruma düşmüş valideynlərə müəyyən qədər acısa da,özlüyündə tam əminliklə düşünürdü ki,həmin valideyn həyatı boyu buraxdığı səhvlərin təbii nəticəsini görür,vəssalam.Övladına nə veribsə,ona eyniliklə bərabər qüvvədə təsir alır.Təsir əks-təsirə bərabərdir...
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.