Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Selma

Selma
@Hayallperestbiri
Je ne veux pas être fort,je veux être heureux
İnsan sadəcə olaraq belə proqramlaşdırılıb,həyatının sonuna qədər gözləməli və ümid etməlidir.İnsanı bu çətin həyatda yaşadan ümiddir.Gözəl gələcək ümidi bizə təslim olmağa imkan vermir.
Reklam
Sən yanımda olanda uşaq olduğumu hiss edirdim.İndi isə böyük olmağa məcburam.
Sevdikləri üçün canından keçmək asandır,lakin sevdikləri üçün yaşamağa–uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.

Okur Takip Önerileri

Tümünü Gör
%23 (100/424)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu
9.2/10 · 1.054 okunma
Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq.Ya uduruq,ya uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir...
Reklam
Yaxşılıq etdim deyə sevinməyə,pislik etdim deyə kədərlənməyə tələsməyin.Nəyin yaxşılıq,nəyin pislik olduğunu zaman göstərəcək.
Bütün bunlar onun xoşbəxtliyinin göstəriciləri deyildimi?Xoşbəxt olmaq üçün başqa nə lazım idi?Sevgi,məhəbbət?Bəlkə də əri ilə onun arasındakı münasibətə məhəbbət demək olardı.Bəlkə də yox.Bu,məhəbbət məfhumunu kimin necə anlamasından çox asılı idi.Bir də axı,nəyə lazımdır məhəbbəti qeyri-adi,əlçatmaz bir şey kimi anlayıb,öz hissini və ya özünə qarşı olan hissi onunla müqayisədə zəif və cılız görəsən?Nəyə lazımdır iddialarını böyüdüb şişirdəsən,sonra da özünün böyütdüyün bu iddiaların altında qalıb sıxılasan,özünü kiçik,bədbəxt görəsən? Məhəbbəti əks cinsin nümayəndələrinin bir-birini tamamilə bəyənməsi,bir-birini başqalarından daha çox istəməsi,bir-birindən ayrı qalanda bunu bir boşluq kimi hiss etməsi,nəhayət,bir-birinin bədənini öz bədəni qədər doğma qəbul etməsi kimi anlamaq və bununla kifayətlənmək daha məqsədəuyğun olmazdımı?
İnsan həyatı o qədər mürəkkəbdir ki,heç kəs həyat yolunda qarşısına çıxan cığırların hansının gələcəyi üçün daha sərfəli olduğunu bilmir.Bunu yalnız Tanrı bilir və taleyini yaxşı görmək istədiyi bəndələrini ən doğru cığırlara yönəldir.
Ailə həyatı quracağın insan sənə ya xoşbəxtlik gətirəcək,ya da bədbəxtlik,burada orta vəziyyət yoxdur.
İnsanın yaxşı cəhətlərini sağlığında üzünə deyib onu fərəhləndirmək ən düzgün əməllərdən biridir.Bu,eyni zamanda həmin adamın məsuliyyətini artırır,onu daha yaxşı olmağa sövq edir. Qarşınızdakının nöqsanlarını deməyə isə heç tələsməyin.Əgər o,pis adamdırsa,deməli,özünü hamıdan yaxşı hesab edir və sənin iradlarını paxıllıq limi qəbul edəcək.Əgər həqiqətən yaxşı adamdırsa,üzüləcək,ruhdan düşəcək.Bir də axı o,öz nöqsanlarını səndən də aydın görür və bilir.Onun bilmədiyi yaxşı cəhətləridir ki,sən də əgər xain,paxıl biri deyilsənsə,ona bunları xatırlat.
Reklam
Əgər Tanrının sizi sevdiyinə və həmişə Onun diqqətində olduğunuza əminsinizsə,qarşınıza çıxan həyat cığırlarının ağlınıza ilk gələnini tutub gedin.Çünki onu sizin ağlınıza Tanrı özü salır.Əgər tərəddüd edib başqa cığırı seçsəniz,bilin ki,sizi o cığıra yönəldən şeytandır.
İnsan öz sevdiyinə qovuşmaqdan ötrü axıra kimi mübarizə aparmayacaqsa,daha onun yaşamağının nə mənası vardı?
332 syf.
·
Puan vermedi
·
11 günde okudu
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı
8.5/10 · 852 okunma
İnsanın qəribə bir xüsusiyyəti var.Bu,əslində təkcə insana yox,bütün canlılara aiddir.Əgər bir mühit bir canlını dərhal öldürmürsə,onda o canlı mütləq bu mühitə alışır.Gec,ya tez...
Zaman yalnız Albert Eynşteynin dediyi kimi,bir sistemdən başqasına keçərkən,yaxud işıq sürətinə yaxın və ondan çox aşağı sürətlərdə fərqlilik göstərmir,o,elə adi həyatımızda da nisbidir.Hər dəqiqəsi xoş keçən biri ilə həbsxanada günlərini sayan məhbusun nəzərində zamanın sürəti eynidir mi?Əlbəttə,yox!Biz zamanın tez gəlib keçməsini istəyəndə gec,gec keçməsini istəyəndə isə çox sürətlə keçib gedir.
1.907 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.