Gönderi

Bütün bunlar onun xoşbəxtliyinin göstəriciləri deyildimi?Xoşbəxt olmaq üçün başqa nə lazım idi?Sevgi,məhəbbət?Bəlkə də əri ilə onun arasındakı münasibətə məhəbbət demək olardı.Bəlkə də yox.Bu,məhəbbət məfhumunu kimin necə anlamasından çox asılı idi.Bir də axı,nəyə lazımdır məhəbbəti qeyri-adi,əlçatmaz bir şey kimi anlayıb,öz hissini və ya özünə qarşı olan hissi onunla müqayisədə zəif və cılız görəsən?Nəyə lazımdır iddialarını böyüdüb şişirdəsən,sonra da özünün böyütdüyün bu iddiaların altında qalıb sıxılasan,özünü kiçik,bədbəxt görəsən? Məhəbbəti əks cinsin nümayəndələrinin bir-birini tamamilə bəyənməsi,bir-birini başqalarından daha çox istəməsi,bir-birindən ayrı qalanda bunu bir boşluq kimi hiss etməsi,nəhayət,bir-birinin bədənini öz bədəni qədər doğma qəbul etməsi kimi anlamaq və bununla kifayətlənmək daha məqsədəuyğun olmazdımı?
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.