Gönderi

576 syf.
·
Puan vermedi
Əgər həm İtaliyaya virtual olaraq səyahət etmək istəyirsinizsə, həm də bir dedektiv kimi hekayənin əvvəlində sirr kimi paylaşılan müəmmalı bir məsələnin necə həll olunmasının macərasını siz də yaşamaq istəyirsinizsə, o zaman bu kitabı oxuyun. İlk öncə səyahətdən danışmaq istəyirəm. Çünki mənim bu kitabı bu qədər heyranlıqla oxumağımın əsas səbəbi məhz İtaliyanı virtual olaraq addım-addım gəzməyim oldu. Florensiya, Venesiya kimi şəhərlər elə gözəl təsvir olunub, bu şəhərlərdə olan memarlıq binalar, muzeylər, kilsələr və həmçinin, incəsənət əsərləri, heykəllər, digər ağlınıza belə gəlməyəcək hər bir incə detal elə incəliklə və ustalıqla qələmə alınıb ki, oxuduqca özünüzü oralarda gəzirmiş kimi hiss etməməyiniz mümkün deyil. Kitabda o qədər çox maraqlı məlumatlar qeyd olunub ki, sanki bir ensiklopediya oxuyursunuz amma bu zaman əsla darıxmırsınız, öyrənirsiniz. Hətta kitabın sonlarında İstanbula da kiçik bir səyahətiniz olacaq. Hekayədən danışası olsam, onu deyə bilərəm ki, çox maraqlı, axıcı, məntiqli detallarla zənginləşdirilmiş detektiv tərzində bir hekayəsi var. Marağınız, həyəcanınız hər cümlədə daim aktiv və yeni qalacaq. Kitabın sonunda gizlədilən müəmmalı bir sirri açmaq üçün hekayənin əvvəlindən başlayaraq verilən ipucularını izləyəcəksiniz, oxuduğunuz heçnə əslində düşündüyünüz kimi olmayacaq. Bəzi məqamlarda çox həyəcanlanacaq, daim müxtəlif fikirlər irəli sürəcəksiniz. Həyatın, ölümün mənasını sorğulayacaq, müassir dövrün problemlərinin gələcəyə necə təsir edəcəyini fərqli baxış açılarından oxuyub, dəyərləndirəcəksiniz. Önə sürülən fikirlərin doğruluğundan gah şübhə edəcəksiniz, gah da əmin olacaqsınız. Bu kitab Dan Brownun baş qəhrəmanı Harvardın görkəmli simvoqolisti Robert Lonqdon olan dörd kitabından biridir. Da Vinçi şifrəsi kitabını da oxuyub, çox bəyəndiyimi demək istəyirəm. Yaxın zamanda digər iki kitabı da alıb, mütləq oxuyacam. Bir gün İtaliyaya səyahət etsəm bu kitab mənim bələdçim olacaq, kitabda adı çəkilən hər bir yeri gəzib, hər bir incəsənət əsərini şəxsən görmək ümidi ilə...
Cəhənnəm
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201416 okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.