Gönderi

Müxalifətçi uşaqlar
Öncəliklə yazdıqlarımı oxuyub dərk edən hər bir insanı Salamlayıram. Ciddi məsələyə toxunmaq istədim, neçə gündür bu haqda danışıb danışmamaq üçün götür-qoy edirəm. Nəhayət ki. cəsarətlənib "qələmimi" əlimə aldım) Çoxumuz bilirik ki, ölkəmizdə daha doğrusu ölkəmizin idarəsində bəzi problemlər var və bu açıq-aydın görünür. Uşaq pulunun verilməməsi, pensiyaların vaxtında ödənilməməsi, rüşvət, korrupsiya, təhsilin getdikcə zəifləməsi, işsizlik, şəhid-qazi ailələrinə olan hörmətsizlik,daşınmaz əmlakların qiymətinin qalxması və sair. Düzdür, mən sadə bir məktəbliyəm birşey deməklə heçnə düzələn deyil. Lakin, mən susub oturmalı deyiləm, bunları aradan qaldırmaq lazımdır. Məmurlarımız öz vəzifələrini layiqincə yerinə yetirmədikləri müddətcə ölkəmizdə bu və bəzi digər problemlər baş tutacaq. Prezident bunlara gözmü yumur? Yoxsa həqiqətən xəbəri yoxdur? Məlum deyil, amma mən 2ci variantı seçərək hərəkət etmək istəyirəm. Çox insan mənə deyir ki, "Sənə nə qalıb dövlətin işindən,get dərsini oxu!" Deyə bilmirəm ki, mən etməsəm kim edəcək, mən bu ölkədə oxuyacam, bu ölkədə yaşayacam, bu ölkədə işləyəcəm, ailəmi bu ölkədə quracam bu problemlər ola-ola mən ölkəmə necə güvənim?! Mən universitetə az bal yığıb qəbul olmaqdan qorxmuram, plan yerinin dolmağından qorxmuram , mənim qorxduğum rüşvət sayəsində mənim yerimi əlimdən alan olacaq insanın olmasıdır, universitet bitirib əlimdə diplomla qalmaqdır. Kaş bunlara ciddi nəzarət olunsa, kaş! Bəzi insanlar var mənə deyir ki, "Ölkəmizin idarəsi niyə pis olur ki. Şuşada,Xənkəndində və.s o qədər ev tikib,şərait yaradıb" Düzdür, mən bir şey demirəm o haqda amma nə olardı ki işğaldan azad olunmuş torpaqlarımıza edilənlərin 3də 1i Bakıya ediləydi. İndi hamı düşünəcək Bakılıyam, xeyr!, əhli Qarabağlıyam və bununla fəxr edirəm amma mən sadəcə və sadəcə ədalət istəyirəm. Hə, birdə, milli valyutamızda Rəsulzadəni görmək istəyən neçə nəfərik?)) Nə isə, bu günlük bu qədər. Özünüzə yaxşı baxın,əzilməyin!!
·
102 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.