Gönderi

Mən
Mən İranlı qadının göz yaşlarıyam Mən soyuqda donan o Baharam¹ Mən itirilmiş o saatlar, o yaxınlaram Mən sevgilisini öldürən Oqtayam² Mən qan davasına qurban olan Fəxrəddinəm³ Mən tükənmiş qələməm şeir yazan Mən Nəsimiyəm dərisi soyulan Mən Kefli İsgəndərəm⁴ Mən Knyaz Xasayam⁵ Mən Amfibiya İxtiandram⁶ Mən arzusu ürəyində qalan Səadətəm⁷ Mən sevdiyini iyrəndirib əzab çəkənəm Mən pərişan olan şairin saçlarıyam⁸ Mən ağlamaqdan səsi kəsilən anayam övladını itirmiş Mən siyasətçinin planı uğrunda qurban gedən şəhidəm Mən sevimli kitabam, bir dəfə oxunub rəfdə qalan Ömür boyu açılmayan Mən mələyini itirən o yazığam Yağışda inanacam Allahın günahlarımı yuduğuna⁹ Mən Aqiləm artıq adını unudan Mən Aqiləm kitablardan ibarət olan Mən Aqiləm əlləri qəhvə qoxan Mən Aqiləm vecsizliyi ilə yadda qalan 1 - "Bahar" (Bir Gəncin Manifesti) əsərinin baş qəhrəmanı. M. Cəlal 2 - "Oqtay Eloğlu" - C. Cabbarlı. Baş qəhrəmanın adı 3 - "Müsibəti-Fəxrəddin" - N. Vəzirov. Baş qəhrəmanın adı 4 - "Ölülər" - C. Məmmədquluzadə. Baş qəhrəmanın adı 5 - "Xurşudbanu Natəvan" - İ. Əfəndiyev. 6 - "Amfibiya Adam" - A. Belyayev. Baş qəhrəmanın adı 7 - "Müsibəti-Fəxrəddin" - N. Vəzirov. Bir digər baş qəhrəmanın adı 8 - Mikayıl Müşfiqə işarə var 9 - "Mələk" - Qaraqan
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.