Gönderi

280 syf.
6/10 puan verdi
·
4 günde okudu
"Müsəlmanlar nədə səhvə yol verdi?" - olduqca yaxşı sualdır və cavablaması da bir o qədər mürəkkəb. Müəllif bu sualın necə meydana çıxdığını anlamaq üçün keçmişə nəzər salır, problemin kökünü haqlı olaraq dərinlərdə axtarır və əsrlərdir mövcud olan vəziyyətin Şərqdə və Qərbdə baş verən inqilabi yeniliklərin bir-birinə necə təsir etdiyini araşdırmaqla ortaya qoyur. Kitabda hərbi, mədəni, siyasi və sosial səbəblərə toxunulub. Günümüzdə baş verən hadisələrin keçmişdə necə yoğrulduğunu anlamaq istəyənlər üçün olduqca maraqlı bir kitab olduğunu düşünürəm, amma bu barədə yetərincə araşdırma etmiş və kitab oxumuş biri üçün çox da bir yenilik olmayacaq. Keçmişdə müsəlman şərqi dedikdə ağıla ilk gələn imperiya əlbəttə ki, Osmanlıdır. Müəllif müsəlman şərqini Osmanlı imperiyası, xristian Qərbini isə ümumilikdə Avropa olaraq nəzərdə tutub. Yəni, bu suala Osmanlı və Avropa münasibətləri həcmində cavab axtarılır. Müəllif bəzi xətalara da yol verib, ağlımda qalanların bəziləri: - Osmanlı dövləti üçün xristian məzhəbləri arasındakı mübahisələrin xarici siyasətdə önəmli faktor olması ancaq 18-ci əsrin sonu - 19-cu əsrin əvvəlinə təsadüf etdiyini qeyd edib. Halbuki Qanuni Süleymanın dövründə Martin Lüter nəinki ona məktublar yazmış, hətta Osmanlı barədə kitab da nəşr etdirmişdi. Süleyman Avropada yüksələn dini qarışıqlıqlardan istifadə edərək səfərlərinin strategiyasını qururdu. - Postsovet müsəlman ölkələrinin sekulyarlıqdan uzaq olduğunu qeyd edib, ki bu da müəyyən mənada yanlışdır, dinin dövlətdən ayrı olduğunu anlamaq üçün çox uzağa yox, keçmiş Osmanlıya çox yaxın Azərbaycan Respublikasının Konstitusiyasına baxması kifayət idi. - Klassik musiqinin inkişaf etdiyi tək müsəlman ölkəsinin Türkiyə olduğunu qeyd edib, halbuki Azərbaycan 20-cu əsrin əvvəlində müsəlman şərqinə ilk operanı bəxş edən ölkə olub. Nəinki opera, 19-cu əsrdə ilk dram əsəri yazılan və tamaşaya qoyulan müsəlman ölkəsi də məhz Azərbaycan olub. Qeyd etdiyim kimi, müəllif müsəlman şərqi dedikdə ancaq Osmanlı imperiyasını nəzərə alıb, ara-ara postsovet ölkərinə dair fikirlərini yazsa da, burdan sözün əsl mənasında xəbəri olmadığı bəlli olur)) Ümumiyyətlə, postsovet ölkərində din və incəsənət mövzularının qarşılıqlı əlaqəsi tamamilə başqa mövzudur, çünki heç bir dini qəbul etməyən Sovet tərkibində yaşayan xalqlarda dindən irəli gələn qadağalar mental dəyərlər olaraq formalaşıb, dinə qulluq etməyənlər onun tələblərini fərqində olmadan millət və əxlaq kontekstində dəyərləndirir. Kitabın ilk hissələri çox maraqlı irəliləyir, kəşflər və ixtiralar haqqında maraqlı faktlar və onların təsir dairəsi olduqca yaxşı təsvir edilib. Lakin kitabın sonlarına doğru müəllif özünü çox təkrarlayır, eyni döngüdə qalır. Sualın cavabına gəldikdə, məsələnin nə qərb, nə şərq ilə bağlı olmadığını, əsas cavabın elmin uzun müddət asılı qaldığı din faktoruna bağlı olduğunu anlayırıq. Məhz bu səbəbdən də sual şərqin yox, müsəlmanların nədə səhvə yol verdiyidir.
Müsəlmanlar Nədə Səhvə Yol Verdi?
Müsəlmanlar Nədə Səhvə Yol Verdi?Bernard Lewis · Teaspress Nəşriyyatı · 20201,732 okunma
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.