Stefan ZweigOlağanüstü Bir Gece
Kitaba heç bir gözləntim olmadan,təsadüfi şəkildə başladım.Kitabdan gözləntiniz yüksəkdirsə,biraz xəyal qırıqlığına uğraya bilərsiniz oxuduqdan sonra.Qısa olmasına baxmayaraq insan artıq bir sonun olmasını və ya birşeylərin baş verməsini gözləyir. 1 saata oxuyum,bitsin deyirsinizsə tövsiyə edə bilərəm.
(Spoiler)(Spoiler) Çünki,kitabın əvvəlindən axırına qədər gözə çarpan,çox vacib bir hadisə baş vermir.
Əlbəttə kitabın baş qəhrəmanın həyatının dönüm nöqtəsini oxuyuruq,lakin bu dönüm nöqtəsi böyük bir hadisə ilə yox sadəcə öz yaşamından çıxıb normal insan yaşamını gördüyündə başlayır.Bir "cinayət" işlədikdən sonra özündə olan duyğu dəyişimlərinin fərqinə varır və daha çox yaşadığını hiss etmək üçün kənd əhalisinin içinə qaynayıb qarışır.Burada da təsadüfən bir yaxşılıq edir və bu yaxşılıq nəticəsində bütün hisslərinin geri gəldiyini,yaşadığının fərqinə varır.Və beləcə həmin gündən sonra artıq hissiz,vecsiz bir burjuva yox, yardımsevər bir burjuvaya dönüşür.
Əlbəttə çox maraqlıdır insan yaxşılıqları özünü yaxşı hiss etsin,həzz alsın deyə etdikdə bu içdən gələn,həqiqi yaxşılıq mı olmuş olur?