Bu kitaba mənim də vaxtilə önyargılı yanaşdığım kimi yanaşılmasını istəmirəm :D. Çünki, şəxsi inkişaf adı altında göstərilsə də, bu kitab, psixologiya kitabıdır və həqiqətən də oxuduqlarım arasında fərqindəlik olaraq ən çox fayda verən kitablardan oldu.
(Dinlədiyim psixoloqlardan referans alaraq başlamışdım).
Fikirinizə gələsi olsam, zaman həqiqətən də bir çox məsələni həll edir ancaq tərəflər sağlam psixolojik vəziyyətdə olsalar, zaman nələrisə göstərə bilir. Həm də başından bəri görünən bir çox şeyi göz ardı edib, münasibəti uzadıb, daha ağır hadisələrlə qarşılaşmaq əvəzinə, özünü və qarşıdakı şəxsi analiz edib,yola elə davam etmək daha düzgün seçim olacaqdır.