Dorian Gray'in PortresiOscar Wilde
Çox məhşur,hər kəs tərəfindən sevilən və tövsiyə edilən bir kitab olduğu üçün oxuduğum və bəyəndiyim bir əsər oldu. Təriflədikləri qədər varmış! Oxuması mənə görə rahat, maraqlandıran, yazılış dili çətin olmayan və ədəbiyyatdan,fəlsəfədən bəhs edən bir əsərdir.Hətta oxuduğunuz zaman Lord Henry-in fikirləri sizi kitabdan qopardıb düşünməyə vadar edir.Kitabda sanki Dorian deyil Lord Henry baş qəhrəman kimi gəlir,bütün kitab boyunca onun düşüncələrini oxuyuruq. Kitabı oxuduğum zaman ən çox zövq aldığım hissələr Harry-in söhbətləri idi.
Kitabda oxuduğumuz hər bir obraz( onların baxış açısı) bizə həyatdan həqiqətlərdir.Hər obrazın hiss-həyəcanları insana o qədər təsir edirki, sanki kitabın içərisindəymiş kimi hiss edir insan. Oxumağınızı şiddətlə tövsiyə edirəm. :)
(Spoiler.Spoiler)
Kitaba başlayarkən gördüyümüz 3 obraz- rəssam Basil Hallward, əsilzadə Lord Henry(Harry) və əlbəttə ki gözəllər gözəli gənc Dorianımız bizim əsas obrazlarımızdır.
Dorianın gözəlliyinə heyran olmuş( o qədər gözəl idi ki, qadınlarla bərabər kişiləri də cəlb edirdi) Basil onun bir portretini hazırlayır və bundan sonra bu portret Dorianın həyatını məhv edir.
Kitabın əvvəlində gördüyümüz saf,mehriban,təmiz qəlbli Dorianın bir müddət sonra elə qəlbi qaralır,elə pis biri olur ki, insqn inanabilmir.Əlbəttə Basil və Harry-in işi olur bu dəyişilmə. Sanki Basil Dorianın sağ çiynindəki mələk, Lord Henry isə sol çiynindəki şeytandır. Amma Dorian mələkdən çox şeytanla dostluq edir, onun söhbətləri düşüncələri onu həyatı boyunca cəlb edirdi, bunun nəticəsində istəmədən də olsa(?) pis birinə çevrilir. Dorian bir müddət sonra köhnə dostu Basillə ayrılır, Lord Henry ilə daha çox zaman keçirməyə başlayırdı.
Bir müddət sonra Dorian bir şeyin fərqinə varır: Basil'in çəkdiyi rəsm tam da onun arzuladığı kimi yaşlanır,dəyişilir onda isə heç bir dəyişiklik olmurdu.Sanki ruhunu və vicdanını portretə həbs etmişdi.Onun əvəzinə kədərlənir,əsəbləşir hətta onun hissetmədiyi günah hissini də portret yansıtırdı. Bu sirr onun həyatının sirri çevrilir.Portret onun vicdanı olur amma o bundan qaçır,gizlədir və hərkəsdən gizli saxlayır.
Ölüm qorxusu...Keçmişdə etdiyi ilk səhvi artıq onu tapmışdı,onun arxasıyca gəlirdi.Ölüm qorxusuna görə yaxşı biri olmağa çalışırdı amma bacara bilmədi çünki, etdiklərindən peşman deyildi hətta olanları sadəcə unutmaq istəyirdi amma portret var olduğu zaman heç vaxt bunu edə bilməzdi. Və sonda portreti məhv etmək qərarına gəlir və edirdə amma bilmədiyi birşey olur...