9/10
·222 syf.··
Beğendi
·
2024 6. kitabı
·
4 günde okudu
·
Okunma: 27 Haziran 2024 00:00
Kuyucaklı Yusuf Sabahattin Ali Sabahattin Alinin oxuduğum ikinci kitabı idi.Yazım stilini,təsvirlərini və kitablarında Anadolunun insanlarından, həyatdan hekayələr olmasını çox sevirəm. Kitab bizi hər səhifəsində başqa bir hadisəyə sürükləyir və maraq sona qədər davam edir.Kitabda insanların hər cür əxlaqsızlığını obrazlarda görürük. Tək mənfi cəhəti məncə kitabın ikinci hissəsidə olmalı idi,çünki oxucunun xəyalgücünə buraxılan(bu halları çox sevirəm çünki özüm necə istəsəm davam etdirə bilirəm,lakin ardını Sabahattin Alinin dilindən oxumağıda çox istərdim) çox şey var idi məncə,ən əsasıda sonu... (Spoiler.Spoiler.) Bu əsərdə biz Kuyucak kəndindən olan Yusufun uşaqlıqdan yetkinliyə kimi olan həyatını oxuyuruq,onunla yaşayırıq. Ta uşaq vaxtı yaşadığı travmadan sonra,övladlığa götürülməsi,öz kəndini tərk etməsinin nəticələrindən biridə çox sakit,öz daxilində yaşayan biri olması idi.Övladlığa götürülən ailədə babası-Salahattin,"anası" Şahinde və ögey bacısı Müəzza ilə yaşamağa başlayır.Bu ailədə Salahattin beyə və Müəzzaya ayrı bir hörməti,sevgisi olur. Yusuf romantik və mərd biri kimi böyüyür amma hər zaman bir boşluq, hiss edilir onda. Yalnızca bu boşluğu Müəzza ilə olanda hiss etmir, təkcə onunla olduqda içindəki hissləri açıqca yaşaya bilirdi. Yusuf başından keçən hadisələrlə-Kübra və anası,Salahattin beyin borcuna görə Müəzzanın Şakirlə evləndirilmə fikri,Ali-yə borca qarşılıq Müəzzanı vermək onun bəzi hissləri haqqında gərçəyi öyrənməsinə kömək etdi. Əsərdə məncə Kübra və anasına daha çox yer verilmək istənmiş amma daha sonra fikirdən dönülmüşdü.Çünki, onlar birdən-birə Yusufun həyatından çıxır və birdaha görqşəcəklərini deyir,ammbir saha qarşımıza çıxmırlar. Müəzza ilə Yusufun söhbətləri, söz demədən belə birbirini anlamaları, həsrət və sevgi hissləri o qədər təsir edirki insana,onlar sevdikcə sanki bizdə onların eşqini sevirik. Əsərdə Şahindənin öz kefində olması,var-dövlətə görə qızını bir əxlaqsıza verməyi istəməsi, Salahattin beyin ölümündən sonra daha da pozulması və bütün günahı Yusufda görməsi-ümumiyyətlə etdiyi hər birşey əsər boyunca məni əsəbləşdirdi. Müəzza Yusufun işlə bağlı uzun müddət evə gəlməməsindən,anası ilə aralarının yaxşı olmamasından,yalnızlığından bezir və Şahindəyə qoşulmağa başlayır.Bəlkə də etdiyi ən yanlış qərar idi.Getdikcə Yusufun sevdiyi o məsum qızdan əsər əlamət qalmır.Amma yenədə burda Müəzzanı tək günahlandırmıram, günahın yarısı nasında idi.Müəzza getdikcə özünə hakim ola bilmir və artıq yoldan çıxmağa başlayır.Ona bu "qonaqlıqlar" yanlış insanlarla oturub durmaq adi birşey kimi gəlməyə başlayır. Bəlkə də Yusuf əvvəllər arvadı və anasındaki dəyişikliklərə ciddi önəm versə idi bu qədər irəli gedilməzdi. Yusuf bir müddət sonra bir fərqliliklərin olduğunu anlayır amma çox gec olur. Yusuf bir gecə anidən evə gəlmiş və əslində içdən-içə bildiyi görüntünü görmüş ,silahına əl atıb atəş etmiş və sadəcə Müəzzanı oradan götürüb bu bərbad yerlərdən qaçıb getmək istəmişdi.Lakin bilmədiyi bir şey var idi.Müəzza artıq vurulmuşdu... Ailəsi öldükdə belə ağlamayan Yusuf sevdiyi qadın üçün gözyaşı tökdü və həyatına davam etdi. "İçindeki bütün yıkıtılara, bütün kederlere rağmen başını yere eğmek istemiyordu. Matemini ortaya vurmadan tek başına yüklenecek ve yeni bir hayata doğru yürüyecekti." Məni ən çox məyus edən Müəzzanın dəyişimi idi.O gənc,məsum sevgi dolu qızdan sonda əsər əlamət qalmadı. Yusuf isə yəqinki başqa yerlərə gedir,yenidən o boş hissiz yaşamına davam edir.Amma içində qalan o təmiz,məsum Müəzzası ilə,sevgisi ilə.
Edebiyat
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,9bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.